Bu gün 3 rayonda qaz olmayacaq
(4-04-2023, 14:00)
Bu gün Şamaxı, Xızı və Qobustan rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” Magistral Qaz Kəmərinin daxili səthinin təmizlənməsi ilə bağlı, aprelin 4-də, saat 09:00-dan işlər başa çatanadək “Altıağac 1-ci xətt”, “Cənnət Bağı”, “Hacılı əhali” və “Xilmilli kəndi” ölçü qovşaqlarından, həmçinin saat 12:00-dan işlər başa çatanadək “Şamaxı”, “Mədrəsə” və “Çuxuryurd” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Şamaxı rayonu tam olaraq, Xızı və Qobustan rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Ana səhifəyə qayıt
Oxunub: 245
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər