Şoyqu Belarusa getdi
(16-09-2020, 16:22)
Rusiya Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi hərbi nümayəndə heyəti Belarusa işgüzar səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində iki ölkə arasındakı ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək.
“Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyəti Minskə işgüzar səfərə gəlib”,- deyə Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin Telegram kanalında bildirilib.
Qeyd edək ki, bu günlərdə Belarus “Slavyan qardaşlığı - 2020” Rusiya-Belarus birgə hərbi təlimlərinə ev sahibliyi edir.
Ana səhifəyə qayıt
Oxunub: 88
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər