""Vesta Construction" 61 min borcu qaytarmır" - Qarabağ qaziləri Vilayət Eyvazova müraciət etdi
(3-04-2023, 16:30)

Birinci Qarabağ müharibəsinin əlilləri Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib.
Onlar "Reportyor.info" -ya müsahibəsində "Vesta Construction" şirkətinin onlara 61 min manat borclu olduğunu deyiblər.
"Biz beton istehsal edirik. Suraxanı rayonu ərazisində fəaliyyət göstəririk. Bu şirkət bizdən beton alıb, amma pulunu indiyə qədər ödəməyib".
Qazilərin sözlərinə görə, şirkət sahibi onları yola verir və süründürür. Şikayətçilər xahiş edirlər ki, 61 min manatın qaytarılması ilə bağlı addım atılsın: "Bu az pul deyil ki, onu bağışlayaq. Xəstə əlillərin haqlarıdır. Belə haqsızlıq olmaz. Cənab nazirdən xahiş edirik ki, bizim səsimizə səs versin".
Ana səhifəyə qayıt
Oxunub: 267
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər