Bölgələrdə koronavirusla bağlı son vəziyyət
(14-09-2020, 10:00)
Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.
Son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın Bakıda qeydə alındığını göstərir.
Bununla belə əvvəlki göstəricələrlə müqayisədə Bakıda yoluxma 1 faiz azalıb. Bundan əvvəl ölkə üzrə ümumi yoluxmanın 56,2 faizi paytaxın payına düşürdüsə, hazırda bu rəqəm 56,1 faiz təşkil edir.
Sonrakı yerlərdə 15,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Rəsmi məlumata görə, ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.
Həmçinin qeyd edilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 0,7 faizi ölkə xaricində yoluxanlardır.
Son məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər vəfat edib.(koronavirusinfo.az)

Ana səhifəyə qayıt
Oxunub: 97
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər