Əhməd Əhmədzadə Dilqəm Əsgərovun oğluna zəng etdi, problemin həllinə söz verdi...
(12-09-2020, 13:24)
Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzadə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun ( Dilqəm Əsgərov və Şahbaz Quliyev) oğlu Kürdoğlu Əsgərovla telefon əlaqəsi saxlayıb və onun problemi ilə maraqlanıb.
Bu haqda Moderator.az-ın redaksiyasına zəng vuran Kürdoğu Əsgərov özü məlumat verib:
“Dünən mən “Melorasiya və Su Təsərrüfatı”nda oldum və orda atamın su altında qalan ferma və torpaq sahəsini müzakirə edən zaman qurumun sədri Ə.Əhmədzadə əməkdaşlarına zəng vurub problemlə maraqlandı. Orda əməkdaşlar bildirdilər ki, Kürdoğlu da burdadır və təxminən bizim 10-15 dəqiqə telefon danışığımız oldu. Telefon danışığında atamın səhhəti, saxlanma şəriatiylə, axırıncı dəfə nə vaxt atamla danışdığımı soruşdu. Sonra isə problemimizlə maraqlandı və mən də hər şeyi Əhməd müəllimə dedim. O, dedi ki, artıq bununla bağlı öz göstəriş və tapşırıqlarımı vermişəm, əlimizdən gələn köməyi sizdən əsirgəməyəcəyik. Xüsusi olaraq bildirdi ki, kəlbəcərlilərə böyük hörmətim var və yaxın müddətdə problem öz həllini tapacaq. Mən də atamın adından öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, K.Əsgərov “Melorasiya və Su Təsərrüfatı”ndan DTX-ya şikayət etmişdi.
Ana səhifəyə qayıt
Oxunub: 235
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər