Rusiyada son sutkada 119 nəfər koronavirusdan ölüb
(12-09-2020, 13:23)



Rusiyada son sutka ərzində daha 5488 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1057362 nəfərə çatıb.

Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 484 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 70

Xəbər lenti