Rəhbərlik dəyişəndən sonra “Xəzər”ə qayıtdı
(11-09-2020, 17:07)
Aparıcı-aktrisa Zümrüd Qasımova illər sonra yenidən “Xəzər TV”də aparıcı olacaq.
O, bununla bağlı kanal rəhbəri Murad Dadaşovla razılıq əldə edib və verilişin çəkilişlərinə start verib.
Proqramda məşhur mədəniyyət üzvlərinin həyatından bəhs edilir, onların doğulduğu bölgələrdən çəkilişlər həyata keçirilir.
Qeyd edək ki, ötən ay Əməkdar artist Elnarə Abdullayeva da sözügedən layihənin çəkilişi üçün rayona getməyə cəhd etmiş və karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimələnmişdi.
Xatırladaq ki, Z. Qasımova 2016-cı ildə “Xəzər TV”yə Şamxal Həsənli rəhbər gətirildiyi vaxt televiziya ilə yollarını ayırıb, daha sonra ARB və “Space TV”də fəaliyyət göstərib.
Ana səhifəyə qayıt
Oxunub: 110
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər







