Psixoloq qadınlara səsləndi: “Özünüzü əzdirməyin”
(9-08-2021, 13:30)


Psixoloq qadınlara səsləndi: “Özünüzü əzdirməyin” 
Vəfa Rəşidova: “Özünə  hörmət qoydura bilməyən qadınlar daha zəif olur”
 
Ötən gün “Döyülmə fotosu paylaşılan qadının başı kəsilərək öldürüldü”-xəbəri gündəmin əsas mövzusuna çevrildi. Gün keçdikcə mütəmadi olaraq qadınlara qarşı şiddət tipli xəbərlərin sayı çoxalmağa, şiddətə məruz qalan qadınların isə sayı artmağa başlayır.
 
Mövzu ilə bağlı Moderatoz.az-a danışan psixoloq Vəfa Rəşidova mətbuatda, Kütləvi İnformasiya Vasitələrində, sosial şəbəkələrdə bu mövzunun uzun illərdir ki, müzakirə edildiyini vurğuladı:
 
“Uzun illərdir bu mövzuda seminarlar, müzakirələr, tədbirlər, sənədli filmlər təqdim edilərək qadınlara qarşı şiddətin qarşısını almağa çalışırıq. Təəssüf hissi ilə qeyd edim ki, insanlar hələ də qəflət yuxusunda qalıblar. İlk növbədə bizim qadınlara özgürlük hissini uşaqlıqdan aşılanmalıdır. Valideyinlər qızlarını qorxudaraq, önünü kəsərək böyüdürlər. Bu missiyanı isə elə qızlarımızın öz ailə üzvləri- ataları, qardaşları yerinə yetirir. Evdə qız övladı böyüyürsə onun önünü kəsirlər. Bunu hamıya aid etmirəm. Rayonlarda daha çox bu kimi hallar baş verir. Qız uşağısansa evdə oturmalısan, təhsil almamalısan, susmalısan, sənin haqqın yoxdur, susub,  bir küncdə oturmalısan. 18 yaşına çatanda biri də gəlib səni alıb, evinə aparıb saxlayacaq. Ancaq valideynlər anlamır ki, bu üsulla, o qızların haqqını-hüquqlarını basqı ilə yeyirlər. Nəticədə isə o qız özünə inamsız, özünü əzdirən  bir fərdə çevrilir. Zamanında onu ilk əzən elə atası ilə  qardaşı olub. Bu şəkildə özünü əzdirən xanımlar formalaşır.  18 yaşına çatdıqda isə ən yaxşı  hallarda qonşunu oğlu  ya da atasının dostu, basqıcı qardaşın dostu bacını alıb aparır, orada da bu xanım öz haqqını, hüququnu bilmir. Çünki hər zaman susdurulub. O, getdiyi evdə də öz haqlarını, hüquqlarını bilməyəcək, kölə kimi, istismar olunacaq. Getdiyi evdə başqaxıncları başlayacaq. Belə olduğu təqdirdə xanım ağzını aça bilmir. Həmin qadınlar şiddətlə susdurulmağa çalışırlar və susudurulur da. Bəzən söznən susdurula bilmir və o zaman da bu şiddətə çevrilir. Qadının psixoloji problemləri yaranır, hayqırışlı şəkildə etiraz etmək istəyir, çünki boğaza yığılıb. Müəyyən yaşa gəlib, uşaqlıqdan bəri o basqıları yığıb,  artıq pik nöqtəsinə gəlir. Həyat yoldaşına güvənmək istəyir. Təəssüflər olsun ki, həyat yoldaşı da o atadan və o qardaşdan daha betər basqıcı olur. Nadir hallarda xanımın haqlarını müdafiə edir. O da bilməsin atanın qardaşın basqını bilməsin. Onların bir səbəbi var “qızımın namusunu qeyrətini qorumuşam”. Namus elə qorunmur. Ən böyük pisliyi o qız ata evində basqıcı münasibətindən, elə öz ailələrindən görürlər. Nadir hallarda olur ki, qarşısına anlayışlı insan çıxır. Bütün bunların sonu  şiddətlə nəticələnir”.
 
 
Psixoloq xanımlarımıza müraciət etdi: “Buradan qadınlara demək istəyirəm ki, heç vaxt özünüzü əzdirməyin. İki ayağınzı bir başmağa  dirəyin,  deyin ki, mən təhsil almalıyam. Hər hansı bir peşəni mütləq öyrənsilər. O zaman isə onlara bu şəkildə basqı göstərə bilməyəcəklər. Qadın özü-özünü qorumalı, sabahını düşünməlidir. Gedəcəyi ailə  bir lotoreya kimidir. Yoxsa “mən gedəcəm, yoldaşım məni saxlayacaq” kimi düşüncəyə qapılmamalıdır. Bu həyatdırmı? Sən hər istədəyini ala, yoldaşına deyə, tələb edə bilmirsən. Çünki bilirsən ki, sənin o büdcəyə qatqın yoxdur. Ən azından sizin bir peşəniz olsun ki, siz o ailəyə qatqınız olsun. Sabah sizin də istəklərinizi dilə gtirməyə yolunuz olsun. Sizi susdurmasınlar ki, “Sən nə bilirsən ki, nəsə tələb edirsən”.
 
Psixoloq qadınlara səsləndi: “Bütün qadınlara səslənirəm ki, özünüzü əzdirməyin, əgər sizə o evdə əziyyət verirlərsə hüquqlarınızı qoruyun, susmadığınız halda yaxşı mənada həyat yoldaşınız da sizə hörmət edəcək. Sizi  güclü qadın kimi görəcək. Hər kişi yanında güclü qadın görmək istəyir.  Hər şey kökdən, ailədən, təhsildən gəlir, dünya görüşündən, insanın özünə hörmətindən qaynaqlanır. Bir insan uşaqlıqdan özünə qarşı ailədə hörmət görməyibsə istənilən cəmiyyətdə özünə hörmət etdirə bilməyəcək.  Özünə  hörmət qoydura bilməyən qadınlar daha zəif olur”. 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 70

Xəbər lenti