Həbib Hüseynov : Müzəffər Ordumuzun gücünü və qüdrətini bütün dünya gördü
(2-07-2021, 18:24)
İyunun 26 -da Silahlı Qüvvələr Gününü qeyd edildi. Təbii ki, budəfəki tədbirlər əsl bayram səviyyəsində, qalib və müzəffər ordunun bayramı kimi qeyd olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də budəfəki Silahlı Qüvvələr Gününün xüsusi qürur hissi ilə, müzəffər ordu kimi, qalib xalq kimi qeyd edildiyini vurğuladı. Bu da təsadüfi deyil. Çünki Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində çox qısa müddət ərzində, ən müasir hərbi texnikalar vasitəsilə XXI əsrin müharibəsini apararaq, Ermənistan ordusu üzərində tarixi qələbə qazandı, 30 ilə yaxın işğal altında qalmış dogma torpaqlarını azad etdi, düşmən ordusunu, demək olar ki, tamamilə məhv etdi. Prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə söylədiyi nitqində də vurğuladı ki, Azərbaycan xalqının bu günü böyük təntənə ilə qeyd etməyə tam haqqı var. Çünki uzun illər davam edən danışıqlar heç bir nəticə vermədikdə Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Azərbaycan Lideri haqlı olaraq bildirdi ki, ölkəmiz İkinci Qarabağ müharibəsinə hərtərəfli hazırlaşıb. İlk növbədə, beynəlxalq müstəvidə uğurlar qazanılıb. Son illərdə aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Bu, münaqişənin həlli üçün əsas amillərdən biri olub. Çünki Azərbaycan dünyanın aparıcı güclərinə sübut etməli idi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Prezident dedi: “Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi”.Azərbaycan ikitərəfli formatda da əlaqələrini gücləndirib. Nəticədə son illər ərzində ölkəmizin dostlarının sayı kifayət qədər artıb. Bu gün də Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərib. Ermənistan, demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə olub. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu Vətən müharibəsi ilə bağlı tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşıb. İkitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurdulmuş münasibətlər bizim gücümüzü artırıb. Qardaş ölkələr olan Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərib.
Bununla bağlı dövlət başçısı dedi ki, son illərdə beynəlxalq hüquq normaları işləmirdi. Güc amili ön plana çıxmışdı: “Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq”.
Ali Baş Komandan Ermənistana xəbərdarlıq etməyi də unutmadı. Bildirdi ki, biz şəhidlərimizi, dağıdılmış şəhər və kəndlərimizi, təhqir olunmuş məscidlərimizi, günahsız insanlarımıza ermənilər tərəfindən verilmiş zülmləri unutmamışıq. Biz Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin qisasını döyüş meydanında aldıq: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən, bizim hərbi gücümüz artacaq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur”.
Həbib Hüseynov,
AVMVİB-nin Göygöl rayon şöbəsinin sədri
Ana səhifəyə qayıt
Oxunub: 381
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






