"Peyvənd almış şəxslər 6-8 aydan sonra 80 manata təkrar peyvənd olunacaq?" - ŞOK İDDİA
(5-04-2021, 08:00)

Mən müəyyən şərtlər daxilində Covid 19-un ölkəmizdə sönməsinin dəqiq tarixini göstərmişdim: 30.04.20 - 10.05.20. Bu nədən baş vermədi, günahkar kimlərdir?
Covid 19-la mübarizədə xalqımıza təmənnasız xidməti ilə insanların sevimlisinə çevrilən, keçmiş tələbələrimdən biri, hazırda böyük məhəbbət bəslədiyim Şahin Məmmədov az əvvəl oxuduğum, məntiqi təhlilə əsaslanan postunda, buna aydınlıq gətirib. Çox istərdim ki, onu hər kəs, o cümlədən bu işə məsul şəxslər də oxusun, özü də çox diqqətlə.
D/r Məmmədovun fikirlərinə rəğmən, hələ 23.XII.2020 tarixdə yazdıqlarımı, ixtisarla da olsa, bir daha Sizlərin müzakirəsinə verməyi zəruri bildim:
İnsanlığın bundan sonra, bir də heç vaxt belə bir ağır gününün olmayacagını bildiyim və real həqiqətləri gördüyümə görə yazıram:
Bu xəstəlik Dünya əhalisinin (7.8 milyard nəfər) təqribən 5:1-nin (20%-i və ya 1,5 milyardi) yaşadığı Çində başlasa da, nəyə görə bu gün orada bu xəstəlik praktik olaraq yoxdur, yoluxma sayı ümumilikdə cəmi 90 min olmuş və dünya çapında bu xəstəliyə münasibərdə hazırda 92-ci yerdə durur. Halbuki, cəmi 10 milyon əhalisi olan (Cindən 150 dəfə az) Azərbaycan 54-cü yerdədir. Vəyaxud, Dünyanı idarə edən və istədikləri hər bir şeyi etməyə və diqtə etməyə qadir olan İngilis mənşəli ABŞ yoluxma sayına görə birinci yerdə (31,3 milyon), əhalisi “Ali- idarə edən irq” olsa da, sayı heç də çox olmayan Krallıq yoluxmaya görə (4,3 milyon) 6-cı yerdə durur.
Sadəcə onu bidirmək istəyirəm ki, Çində Sosializm quruluşudur. Mən bu quruluşu müdafiə etmirəm, sadəcə 2019-cu il may ayının son həftəsi Çinin Fançenqanq şəhərində böyük alim və dəyərli insan, professor Abuzər Qaziyevlə birgə konqresdə olarkən, müşahidələrimə əsasən deyirəm. Bizim təəccübimizə səbəb, bu insanların qaydalara qanun kimi əməl etməsi, dövlət və xalqla birliyin Ali səviyyədə olması və dövlətin xalqına bəslədiyi təmənnasız xidmət və məhəbbət idi. Bax bu səbəbdəndir ki, Şahin müəllimin dediyi kimi Çində tək N95 marka deyil, bütün test, antiviral preparat və Covid19- əleyhinə bütün vasitələr nəinki pulsuz idi, hətta bunları götürənə xüsusi təşəkkür edilirdi. Hazırda Çində cəmi iki nəfər Covid19 xəstəsinin reanimasiyada olmasının yeganə səbəbi də məhz budur. Bildirmək istəyirəm ki, Çində adi həyat indi yox, ölkədə epidemioloji rejim elan olunduqdan sonrakı, düz 60-cı gün, yəni 2020-ci ilin aprel ayının 5-də bərpa olundu. Bunu Çində Covid19-a yoluxmaya nəzarətə rəhbərlik etmiş xüsusi kuratorun mənə göndərdiyi rəsmi məlumat sübut edir. 2020-ci ilin Aprel ayının 5-də, bəli, düz 1 il əvvəl həmin kuratorun mənə göndərdiyi mesajı olduğu kimi Sizlərə təqdim edirəm. Şübhəsi olanlar mənimlə əlaqə saxlayıb, bu mesajın “əslin” öz gözlərilə görə bilər:
“Добрый день! Профессор. Да в Китае уже почти нет больных за коронавирус . Всё уже как раньше . У вас сейчас ужас? Не выходите на улицу и занимайтесь спортом дома . Всё будет к лучшему !
Axı mən Covid 19-un təsdiqi testlərinin, antiviral və bu məqsədlə istifadə olunan bütün dərman və digər qoruyucu vasitələrin strateji məhsullar olduğunu dəfələrlə bildirmiş, bunu təsdiq edən qanunların qəbul olunmasını və insanların bunlarla təmənnasız, fasiləsiz və qeyri-şərtsiz təminatının zərurət olduğunu son bir ildə yazdığım 60 elmi məqalənin 9–da göstərmişəm. Mənə qəribə gələn (təzyiqlər olsa belə), həzm etmədiyim və heç bir vaxt da həzm edə bilməyəcəyim odur ki, bu dərman, test və digər vasitələr cənab Prezidentin birbaşa göstərişi və ayırdığı vəsaitlə ölkəyə gətirilir və ya ölkədə istehsal olunur (məsələn, tibbi maska). Belə olan halda, bunlar nəyə görə insanlara pulla verilir. Hətta dünən bu işə məsul olan bir şəxsdən təsadüfən eşitdiklərim məni dəhşətə gətirdi. O deyirdi: ikinci peyvəndi almış şəxslər 6-8 aydan sonra təkrari peyvənd olunacaq, lakin ödəniş hesabına, cəmi 80 manata. Düzü indiyə qədər özümə gələ bilmirəm.
Düşünürəm ki, mən buna görə, nədən gərginlik keçirməliyəm. Axı bu reallıq haqqında ilk dəfə elə mən özüm məlumat vermişəm (bax.: 15.01.2020 tarixli paylaşım. Mən o vaxt yazmışdım: yaxın gələcəkdə peyvənd “panaseya” statusu alacaq və mütləq şəkildə ödənişli olacaqdır; indi fürsətdir; mütləq vaksinasiya olunun; çox istərdim ki, həmin postu bir də təkrar oxuyasız).
Yazdıqlarımı yekunlaşdırarkən bir daha bildirmək istəyirəm ki, Çində müşahidə etdiyim analoji hal- yəni ölkə əhalisinin maddi və mənəvi nisbi bərabərliyi, xəstəliyə qarşı təmənnasız mübarizədə vahid platforma, keçmiş SSRİ-də də var idi.
Məsələn, SSRİ dönəmində, Həştərxan şəhərində 1970-ci il iyun ayını 19-da çox ağır xolera infeksiyasının yayılması rəsmən elan olundu. Özü də bu infeksiyaya səbəbin tək içməli su olduğu bildirilmirdi, yəni səbəbi naməlum, təsdiqi uzunmüddətli müşahidə, araşdırma və tədqiqat aparılmasını tələb edirdi. Hədsiz dərəcədə qəribə və çox maraqlıdır ki, xoleranın Həştərxan şəhərində kökü, infeksiyanın qeydiyyata alındıqdan sonrakı 60-cı gün tamamilə kəsildi və keçmiş SSRİ-də bir də heç bir vaxt belə bir infeksiya olmadı. Qəribə uyğunluğa baxın, Çində Covid19-un, keçmiş SSRİ-də isə xoleranın kökünün kəsilməsinə cəmi 60 gün vaxt lazım gəldi.
Düşünün, bir də diqqətlə düşünün...
Qəribəlik və nisbi uyğunluğa baxın və mənə çox əziz olan Şahin Məmmədovun qəlbindən gələnləri əsl reallıq kimi qəbul edin.
Tibb elmləri doktoru, professor Musa Qəniyev
Ana səhifəyə qayıt
Oxunub: 2
Xəbər lenti
12-04-2021 15:39
12-04-2021 13:09
12-04-2021 12:35
08-04-2021 11:00
08-04-2021 09:30
06-04-2021 12:00
Ən çox baxılanlar
Seçilənlər