Bu yaşdan sonra arıqlamaq olmaz
(22-03-2021, 17:00)


Bu yaşdan sonra arıqlamaq olmaz
“Qocalara arıqlamaqla məşğul olmaq tövsiyə olunmur”.
 
Bunu gerontoloq Yuri Konev “Sputnik” radiosuna müsahibəsində söyləyib.
 
“Ahıl və qocaların arıqlamağının əks-təsirli olmasına dair vahid fikir var. Metabolizmdə dəyişiklik fizioloji parametrlərin dəyişməsinə səbəb olur. Bu göstəricilər yaşlı insanın sağlamlığına mənfi təsir göstərəcək”, - mütəxəssis bildirib.
 
Eyni zamanda, uzmanın fikrincə, orqanizmin lazım olandan çox qida tələb etməməsi üçün insanlar 60 yaşadək çəkisini normaya gətirməlidir:
 
“Enerji tələbatı yaşa görə azalır, genişlənmiş mədə isə yemək istədiyini bildirir. Burada dissonans mövcuddur, çünki mədə bizə ac olduğumuzu bildirir, qidalandığımız yeməyin həcmini isə yaş ötdükcə azaltmaq lazımdır”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 69

Xəbər lenti