Azərbaycan şəhərlərində çörək qalıqları üçün ayrıca qutular qoyulması niyə kütləviləşmədi?..
(13-03-2021, 17:30)


Azərbaycan şəhərlərində çörək qalıqları üçün ayrıca qutular qoyulması niyə kütləviləşmədi?..
Görəsən, bunun edildiyi qonşu Dağıstandan Azərbaycan hökumətinin pulu azdır, yoxsa?..
 
Son onilliklərdə Bakıda, eləcə də digər şəhər və rayon mərkəzlərində zibil yığınları ilə birgə  xalqımızın müqəddəs saydığı çörək qalıqlarını da görmək adi hala çevrilib. Bəzən sakinlər özləri çörək qalıqlarını digər tullantılarla bir yerdə qoymasalar da, əksər zibilxanalarda qalaq-qalaq çörəyə rast gəlinir.
 
“Mahaçqalada zibil yığmaq üçün konteyner meydançalarında çörək və digər un məmulatları üçün ayrıca qablar qoyulacaqdır. Bu barədə Dağıstan paytaxtının meri Salman Dadayev məlumat verib”. 
 
Moderator.az əməkdaşı Dağıstan paytaxtında çörək qalıqları üçün ayrıca konteynerlər qoyilması haqda bu xəbəri oxuduqdan sonra Azərbaycan şəhərlərində də belə bir işin görülməsi təşəbbüsləri ilə bağlı kiçik bir araşdırma aparıb.
 
Məlum olub ki, belə bir təşəbbüs  hələ 2013-cü ildə Xırdalan şəhərində irəli sürülüb və bunun üçün ilk addımlar da atılıb. Şəhərin Həzi Aslanov küçəsində pultla idarə olunan konteynerlər qoyulub və Azərbaycanda ilk dəfə olaraq çörəyin atılması üçün ayrıca çörək qabları da quraşdırılıb. Lakin təəssüf ki, həmin təşəbbüs kütləviləşməyib və paytaxtımızdakı məhəllələrdə çox nadir hallarda çörək qalıqları üçün ayrıca qablara rast gəlinir. Digər şəhər və qəsəbələrimizdə isə bu haqda  heç danışmağa dəyməz... Çox vaxt sakinlər zibil meydançalarında özləri kustar üsulla kiçik həcmli qutular düzəldirlər. Lakin əksər yerlərdə ehtiyacı olanlar bütöv və ya parça çörəkləri zibil qutularını eşələyib digər qida qalıqlarına, çirkaba bulaşmış vəziyyətdə, yaxud da yerdən toplamalı olurlar...  
 
Bəs görəsən, buna səbəb nədir?  Müstəqil Azərbaycan hökumətinin Rusiyanın tabeliyində yaşayan qonşu Dağıstandan pulu azdır, yoxsa dağıstan müsəlmanları çörəyə bizlərdən daha çox hörmət bəsləyirlər?..
 
İş günü olmadığı üçün müvafiq qurumlarla əlaqə yarada bilmədik.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 64

Xəbər lenti