Əli Hüseynli: “Soyadların milliləşdirilməsi ilə bağlı heç bir problem yoxdur”
(10-03-2021, 10:30)

Deputat Sabir Rüstəmxanlının soyad sonluqlarının milliləşdirilməsilə bağlı Milli Məclisdəki çıxışına və səsləndirdiyi tənqidlərə reaksiya verilib.
Birinci vitse-spiker Əli Hüseynli cavab olaraq bildirib ki, soyadların milliləşdirilməsi ilə bağlı heç bir problem yoxdur: “Bu məsələ ilə bağlı əslində ittiham etməyə heç kəs yoxdur. Ədliyyə Nazirliyi vətəndaşın istək və arzusunu yerinə yetirir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər. Yeni doğulanlarla bağlı isə ümumiyyətlə, heç bir problem yoxdur.
Bunun üçün ASAN Xidmət də mövcuddur. Ümumiyyətlə, bununla bağlı problem yoxdur. İstək, arzu vətəndaşındır, nə zaman istəyir, soyadını milli sonluqla əvəzləyə bilər”.
Ə.Hüseynli maraqlı bir məqama da toxunaraq, qeyd edib ki, vaxtilə də müxalifəti təmsil edən bir sıra şəxslər eyni mövzuda çıxış ediblər. Hansı ki, onların bəziləri özləri belə, soyad sonluqlarını milliləşdirməmişdilər.
Ana səhifəyə qayıt
Oxunub: 100
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər