Bu günümüzü əks etdirən "nağıl"...
(1-02-2021, 12:43)

 
Keçmişdə bir padşahın oğlu özünə söz verir ki, mən padşah olanda elə edəcəm ki, camaat gəlib şikayətini edə bilsin. Günlərin bir günü şahzadə özü padşah olur. Vəzirə deyir ki nə edək ki, camaat gəlib sözünü deməyi öyrəşsin. Vəzir deyir vergiləri artıraq. Vergilər artırılır, yenə də şikayət edən olmur. Padşah əsəbləşib vəzirə deyir daha neyləmək olar ki, camaat şikayətə gəlsin. Vəzir bildirir ki, padşah sağ olsun, hər şeyin qiymətini və vergiləri 2 dəfə qaldıraq. Fərman verilir hər şeyin qiyməti qaldırılır. Ancaq yenə şikayətə gələn olmur. Padşah əsəbləşib vəzirə deyir. Əgər bu dəfə də şikayətə gələn olmasa, sənin boynunu vurduracam. Vəzir bildirir ki padşah sağ olsun, hər yerə postlar qoyaq. Xüsusi adamlar ayrılsın, gələni də minsinlər, gedəni də. Fərman verilir hər yerə postlar qoyulur. Gələn adamı da minirlər, gedən adamı da. Bir neçə gündən sonra padşaha deyirlər ki, bir nəfər sizin qəbulunuza gəlmək istəyir. Padşah sevinir ki, şükür. Axır ki, şikayətə gələn oldu. Tez qocanı qəbul edir və soruşur. Qoca şikayətin nədəndir? Qoca cavab verir: Padşah sağ olsun. şikayət kimi qəbul etməyin, postlar qoymusunuz, hər gələni də minirlər, gedəni də. Bu çox yaxşıdır. Ancaq hörmətli padşahım, bu minınlərin sayı azdır. Növbə yaranır. Xahişimiz odur ki, siz bu camaatı minənlərin sayını çoxaldasınız, bir də orada mindirmək üçün növbəyə durmayaq.

P.S. ...шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 295

Xəbər lenti