“Əgər kommunikasiyalar açılsa Gürcüstan Qafqazda “dəhliz” rolunu itirəcək - Erməni politoloq  
 (30-01-2021, 09:32) 
	“Bölgədə geopolitik mənada kommmunikasiyalar sahəsində vacib proseslər baş verir. Uzun zamandır Gürcüstan Qafqazda “qapı” rolun oynayıb. Rəsmi Tiflis bunun nəticəsində öz iqtisadi və geosiyasi əhəmiyyətini qoruyub saxlayıb. Azərbaycan-Ermənistan münaqişəsindən ən çox xeyir görən də məhz Gürcüstan olub. İndi isə mənzərə dəyişir və Gürcüstan əvvəlki rolunu itirmək üzrədir”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikirlərin müəllifi erməni politoloq Stepan Danielyandır.
Ekspertin fikrincə, əgər Türkiyə və Rusiya Naxçıvan, İcevan və Sünik vasitəsilə bağlantı qursa Gürcüstanın rolu aşağı düşəcək, Gürcüstan limanlarından istifadə isə öz iqtisadi səmərəliliyini itirəcək. Bütün bunlar isə ciddi siyasi və iqtisadi nəticələr doğuracaq.
“Təsadüfü deyil ki, Gürcüstanda artıq Abxaziya dəmir yolunun açılışının mümkünlüyü barədə danışmağa başlayıblar”, - deyə Stepan Danielyan yazıb.
Erməni politoloqun qənaətinə əsasən, Gürcüstanın bu məsələdə çıxış yolu xarici siyasətini dəyişdirməkdir. Əgər Naxçıvandan İrana keçən, bununla da Çin və İran körfəzinə çatan dəmir yolu açılsa o zaman Gürcüstan Abxaziyaya gedən dəmir yolunu açmaqla tranzitdən gəlir götürə və yenidən limanlarının əhəmiyyətini artıra bilər.
Stepan Danielyan bu mənada Gürcüstan-Rusiya yaxınlaşmasını da istisna etmədiyini bildirib.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 63
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






