AVCİYA Quba qalası ilə bağlı nazirə müraciət ünvanladı
(22-01-2021, 14:00)



Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimova

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə

Azərbaycan Respublikasmın Dövlət Turizm Agentliyinin Sədri Fuad Nağıyevə

Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyasının

MÜRACİƏTİ

Azərbaycanda dövlət tərəfindən qorunan qədim tarixə malik çoxlu sayda yerli və beynəlxalq əhəmiyyətli tarixi abidələr var. Lakin bu günümüzə qədər gəlib çıxmayan, işğalçılar tərəfmdən dağıdılaraq yer üzündən silinmiş abidələrimiz də mövcud olmuşdur ki, bu gün onlar haqqında yalnız tarixi mənbələr vasitəsilə məlumat əldə edə bilirik. Belə abidələrdən biri dağıdılmış naməlum Quba qalasıdır.

Azərbaycanm qədim tarixi və mədəniyyət mərkəzlərindən biri olan Qubanın mərkəzində Bakının İçəri şəhəri kimi Hüseynəli xan tərəfmdən 1747-ci ildə inşa edilmiş qala divarları mövcud olmuş və 1870-ci ildə sökülərək yer üzündən silinmişdir.

Qala-şəhər Qudyalçayın yuxarı axarı boyunca qərb-şərq istiqamətində uzanmaqla möhkəm olmayan çiy kərpicdən hörülmüş, hündürlüyü 3-4 sajen (8,56 m), eni bir sajen (2,14 m) olan və 400 sajen (856 m) uzununa və 130 sajen (278,2 m) eninə uzanan qala divarları ilə əhatə olunmuşdu. Qalanın mərkəzində 50 sajen (107 m) ölçüdə bazar da fəaliyyət göstərib.

Hazırda nəinki Qubaya gələn qonaqlar, hətta yerli əhalinin əksəriyyətinin, xüsusilə gənclərin işğalçılara qarşı qəhrəmanlıq mübarizəsinin rəmzi olan Quba qalası, burada olan yeraltı tunellər haqqında, demək olar ki, heç bir məlumatı yoxdur. Unudulmuş Quba qalası haqqmda məlumatların toplanması, qala divarlarınm maketinin hazırlanması, yeraltı tunellərin bərpa və restavrasiya edilməsinin mədəni irsin qorunması və turizmin inkişafı üçün mühüm əhəmiyyəti vardır.

Aidiyyəti dövlət qurumlarmm biganəliyi səbəbindən Quba qalasınm şəhər divarlarından kənara çıxmaq üçün bişmiş kərpicdən inşa edilmiş yeraltı tunellərinin bir hissəsi 2011-ci ildə kanalizasiya xətləri çəkilərkən məsuliyyətsiz şəxslər tərəfindən dağıdılmışdır. Tunelin az bir hissəsi “özəlləşdirilərək” dəmir qapılarla insanların üzünə qapadılıb, salamat qalan əsas hissəsləri isə Quba şəhərinin mərkəzi ərazisində, yerin altında öz xilaskarlarmı gözləməkdədir.

Assosiasiyamızın ekspertləri 2020-ci ilin iyul-oktyabr aylarmda həyata keçirdikləri layihə çərçivəsində yer üzündən silinmiş Quba qalası haqqmda elmi araşdırmalan davam etdirmişlər. Assosiasiya mütəxəssislərinin çoxlu sayda tarixi mənbələr toplamalarına baxmayaraq, qalanın təsvirini və ya layihəsini tapmaq hələlik mümkün olmayıb. Buna görə də assosiasiya toplanmış məlumatlara istinadən Quba şəhərinin qala divarlarmm ehtimal olunan layihəsini hazırlayaraq, ictimaiyyətin diqqətinə çatdırıb. Layihə ilə bağlı hesabat hazırlanaraq “Quba qalası” adı ilə sosial şəbəkələrə yerləşdirilib.

Yer üzündən silinmiş “Quba qalası” ilə bağlı görüləsi işlər çoxdur. Hazırda Quba qalası ilə bağlı elmi-tədqiqat işlərinin davam etdirilməsi, qalanm maketinin hazırlanaraq abidənin tarixi ərazisində yerləşdirilməsi, yeraltı tunellərin özəlləşdirilmiş hissəsinin dövlətin istifadəsinə qaytarılması, yeraltı tunellərin bərpa və restavrasiya edilməsi və digər işlərin görülməsi zəruridir. Bu işləri həyata keçirmək üçün səlahiyyətli dövlət qurumlarmın dəstəyinə ciddi ehtiyac vardır.

Bizim assosiasiya bundan sonra da yer üzündən silinmiş Quba qalası ilə bağlı tədqiqatlara və digər görüləcək işlərə öz töhfəsini verməyə hazırdır. Bu işlərin həyata keçirilməsində aiddiyyəti qurumlarla, o cümlədən Sizin rəhbərlik etdiyiniz qurumlarla əməkdaşlıq etməyə hazırıq. Sizdən bu əməkdaşlığın təşkilinə kömək göstərməyinizi xahiş edirik.

Dərin hörmətlə, Elxan Süleymanov
Azərbaycanda Vətəndaş Cəmiyyətinin tnkişafma Yardım Assosiasiyasınm
Prezidenti
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 94

Xəbər lenti