"Çoxallahlılıq dövründə ermənilərin Allahları “Anaik” olub, bu da fahişəlik ilahəsidir...”
(16-01-2021, 09:30)
“Şuşada Heydər Əliyev əlini İlham Əliyevin çiyninə qoyub dedi ki...”
“Rəhmət Heydər Əliyev Mərkəzi Komitədə işləyəndə Şuşaya gedirdi. Bir dəfə yay aylarında Şuşada zona müşavirəsi keçirilirdi və mən də həmin qrupdaydım. Onda möhtərəm prezident İlham Əliyev də ordaydı, səhv etmirəmə o zaman universitetdə oxuyurdu”
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. Xalq şairi ölkə başçısının Şuşa səfərindən qürurlandığını bildirib:
“Ölkə başçımızın digər rayonlarımızdan sonra qışın soyuğunda, qarda Şuşaya getməsi bizi qürurlandırır. Vətənpərvərlik budur. Rəhmət Heydər Əliyev Mərkəzi Komitədə işləyəndə Şuşaya gedirdi. Bir dəfə yay aylarında Şuşada zona müşavirəsi keçirilirdi və mən də həmin qrupdaydım. Onda möhtərəm prezident İlham Əliyev də ordaydı, səhv etmirəmə o zaman universitetdə oxuyurdu. Heydər Əliyev M.P.Vaqifin məqbərəsinin yanında əlini İlham Əliyevin çiyninə qoyub nəsə deyirdi. Bununla bağlı mənim də belə bir şeirim var idi, dedim ki, elə o vaxt Heydər Əliyev İlham Əliyevə deyib ki, sən Şuşanı qorusan, elə bil ki, Azərbaycanı qoruyursan. Mən indi qürur duyuram. Rəhmətlik Heydər Əliyevdən sonra Şuşaya hansı Mərkəzi Komitənin və ya ölkənin rəbəri gedib? Heç biri getməyib. Hətta Mərkəzi Komitənin vaxtında işləyəndə onda Qarabağ Təşkilat Komitəsinin üzvüydüm və heç komitənin üzvü olanlar da Qarabağa getmədi. Amma indi Qarabağ haqqında kitablar yazırlar. Əgər dövlət başçısı bu qışın soyuğunda ailəsiylə birlikdə Şuşaya gedirsə, bu o deməkdir ki, hər kəs ora getməlidir. Ölkə başçısının Şuşaya gedəndə yolda paylaşım etməsi o deməkdir ki, erməni səni iti qovan kimi qovdum, Şuşa mənimdir, indi də ora gedirəm və əgər hünərin varsa, çıx qarşıma. Biz təmiz xalqıq və ona görə Allah bizi qoruyur. Bizim millətimiz heç vaxt erməni kilsəsinə heyvan salmaz. Çünki bizim ağlımız, ləyaqətimiz var. Ölkə başçısı çox düzgün vurğuladı və dedi ki, Allahın evinə donuz salanda bilmirdin ki, bu sənin burnundan gələcək. Ermənilərin çoxallahlılıq dövründə Allahları “Anaik” olub, bu da fahişəlik ilahəsidir və onun da heykəlini qoyublar”.
Ana səhifəyə qayıt
Oxunub: 78
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər