Cəlilabadda təhsili idarə edən “bazarkom” kimdir?- ŞOK FAKT
(11-01-2021, 10:59)


 

Cəlilabad rayonunda məmur özbaşınalığı davam edir. Bu barədə saytın elektron ünvanına daxil olan məlumatda bildirilir ki, hazırda həbsdə olan rayonun eks-icra başçısı Namiq Zeynalov şəbəkəsi açıq şəkildə fəaliyyətdədir.

dovrunnabzi.az xəbər verir ki, şəbəkənin ən fəal üzüvlərindən biri Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədovadır. Xatırladaq ki, adı hallanan təhsil şefi haqqında kifayət qədər tutarlı məlumatlar dərc edilərək aidiyyətli qurumlara ünvanlanıb. Rayon təhsilində yaratdığı maxinasiyalar və digər saxtakarlar bir daha sübüt edir ki, cinayət əməli törədən şəxs tək N. Zeynalov deyil, onun sifarişlərini icra edənlərin başında duran məmur Q.Əhmədovanın olduğu bəllidir. Təhsil və Maliyyə nazirliklərinin ciddi yoxlamaları yetər ki, Q. Əhmədovanın bütün saxta əməlləri ifşa edilsin. Lakin adı çəkilən qurumların məsələyə biganə yanaşdıqları isə olduqca şübhəlidir. Görünür, Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova bütün prosesləri qabağlamağı bacarır. Əslində, təhsil şöbəsinin müdirini himayə edən keçmiş icra başçısı və Təhsil Nazirliyində çalışan yüksək çiyinli məmurdur. Əks halda dövlət vəsaitini mənimsəyən və rayon təhsilindən şəxsi maraqlar üçün istifadə edən şöbə müdiri qanun qarşısında cavab verməli idi.

Cəlilabad rayon təhsil şöbəsində rüşvət "sezonu" başlayır?

Sosial şəbəkədə yayılan məlumatlara görə, N. Zeynalovun icra başçısı təyin olunmasında Kərəm Həsənovun böyük rolu olduğu və bu şəxs haqqında ölkə başçısı cənab İlham Əliyevə yalan məlumat verdiyi bildirilir. Reallıq ondan obarətdir ki, bir müddət öncə Cəlilabad rayonu Kərəm Həsənovun kurasiyasında idi. Bir daha xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib.

Rayondan verilən son məlumatlara görə, sosial şəbəkə istifadəçiləri və müstəqil jurnalistlər Q.Əhmədovanın sifarişi əsasında hədələnir. Maraqlı məqam ondan ibarətdir ki, zamanında qeyd edirdik ki, icra başçısı N. Zeynalov rayonu rüşvətlə idarə edir, prezidentin etimadından sui-istifadə etməklə idarə, müəssisə, təşkilat rəhbərlərindən küllü miqdarda rüşvət tələb edir. Biz yazırdıq ki, N. Zeynalova nəinki icra başçı kürsünü, heç bələdiyyə sədri vəzifəsini həvalə etmək olmaz. Apardığımız araşdırmalar sübüt etdi ki, N. Zeynalov Dövlət Əmlak Məsələləri Üzrə Dövlət Komitəsindən paket alış-verişi ilə məşğul olub. Belə bir şəxsin rayona rəhbərlik edəcəyi isə xəyallar və arzuları üz-üzə qoyurdu. “Cənab başçı rayonda nizam-intizam qurub və Cəlilabadlılar Namiq Zeynalovla fəxr edir” deyən Başçının müavini,  ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova hazırda nə düşünür? Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova həbs olunan eks- icra başçısı N. Zeynalova verdiyi rüşvəti dana biləcəkmi?

Nəzərinizə çatdıraq ki, Dövlət Təhlükəsizlik Xidmətinin(DTX)əməkdaşları uğurlu əməliyyat keçirərək, Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovu rüşvət alarkən həbs etmişdir. Məlumatlarda o da vurğulanır ki, Cəlilabad rayonunda “cənab başçı” deyən məmurlar N. Zeynalovun əlehinə ifadə verdiyi bildirilir. Növbə isə təhsil şöbəsinindir…

Araşdırmalarımız davam edir.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 19

Xəbər lenti
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031