Zəfər muzeyi və memorial komplekslə bağlı işlərə başlanılıb - RƏSMİ  
 (9-01-2021, 18:00) 
	Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Tədbirlər Planının ilkin layihəsi Nazirlər Kabinetinə təqdim edilib:
"Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamda Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmışdır.
Hazırda Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Nazirlik tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb. Belə ki, lazım olan materialların yığılması üzrə Tədbirlər Planının ilkin layihəsi və bununla əlaqədar yaradılacaq İşçi Qrupunun tərkibinə daxil edilməli dövlət qurumlarının siyahısı tərtib edilib və Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin, lazımi materialların toplanmasına köməklik göstərilməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına birbaşa müraciətlər ünvanlanıb. Qeyd edək ki, toplanacaq materialların müasir standartlar səviyyəsində və müxtəlif kreativ vasitələrlə muzeydə təqdim edilməsi planlaşdırılır".
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 94
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






