Ermənistanın Vatikandakı sabiq səfiri: "Bakı 3 tələb irəli sürüb və Paşinyan da..."
(9-01-2021, 15:00)



Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezidentin kürəkəni Mikael Minasyanın Baş nazir Nikol Paşinyanın Qarabağdakı rus sülhməramlılarının fəaliyyətini tənzimləyən bir müqavilə imzaladığını elan edib. Göründüyü kimi, söhbət Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabrda imzalanmış üçtərəfli bəyanatından yox, detalları hələ açıqlanmayan ayrı bir sənəddən gedir.

Minasyan Telegram kanalında  yazır ki, Rusiya tərəfi sənədi 9 noyabrda hazırlayıb və Ermənistan tərəfi onu asanlıqla imzalayıb,  ancaq Azərbaycan isə onu imzalamayıb.

Minasyan, "Azərbaycan tərəfi qalib tərəf, Paşinyan bir kapitulyant olduğu üçün, sülhməramlıların fəaliyyətini tənzimləyən razılaşmada (və ya onun bir hissəsində) görmək istədiyi 3 əlavə bənd irəli sürüb",- deyə Minasyan bildirib. 

Bakının tələbləri belə olub:


- Qarabağda heç bir erməni qoşunu olmamalıdır, çünki bu Azərbaycan torpağıdır. Azərbaycan qoşunları orada hüquqa uyğun yerləşiblər,  rus  qoşunları isə Azərbaycanın razılığı ilə yerləiblər. Və orada ümumiyyətlə erməni əsgərləri olmamalıdır: nə Ermənistan Silahlı Qüvvələri, nə də Qarabağ Müdafiə Ordusu.

- Qarabağa səfər edən Ermənistan rəsmilərinin bütün səfərləri bir Azərbaycan tərəfi ilə əlaqələndirilməlidir.

- Qarabağın özünüidarə orqanları Azərbaycan tərəfi və sülhməramlıları ilə razılaşdırılaraq seçilməli və ya  təyin edilməlidir.

Minasyana görə, erməni tərəfinin problemi ondan ibarətdir ki, kapitulyasiyanın təsiri altında ilk olaraq sənədi imzalayaraq Azərbaycanın sənəddən son gözləntilərini vasitəçiyə - Rusiyaya təqdim etməsinə imkan verməyib.

Azərbaycanla razılaşdırılmamış, lakin onsuz da Paşinyan tərəfindən imzalanan müqavilə layihəsi, danışıqlarda Azərbaycanın təsirini artırır və onun tələblərinin yerinə yetirilmədiyi təqdirdə sülhməramlıların geri çəkilməsini tələb edə bilər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 67

Xəbər lenti