Yeni ili Londonda yaşayan övladları və nəvəsi ilə qarşılamağa getdi, koronavirusa yoluxdu...  
 (9-01-2021, 10:00) 
	Ermənistan Prezidenti Armen Sarkisyan bu xəstəliyə xas simptomlarla koronavirus xəstəliyindən əziyyət çəkir, xəstəliyin gedişi ağırdır.
Bunu prezidentin köməkçisi Asmik Petrosyan cümə günü RİA Novosti-yə bildirib.
“Koronavirusa yoluxması səbəbindən təcrid olunmuş Ermənistan Prezidenti Armen Sarkisyanda xəstəliyin gedişi mürəkkəbdir. Onda xəstəliyə xas olan simptomlar var. Sarkisyan həkimlərin nəzarəti altında müalicəsini davam etdirir və sağlamlıq vəziyyətinə əsasən uzaqdan işləyir və müvəqqəti işləyəcək”, – deyə A.Petrosyan deyib.
O qeyd edib ki, sağlamlıq durumu sabitləşdikdən və həkimlərin icazəsindən sonra A.Sarkisyan prezident vəzifələrini yerinə yetirmək üçün dərhal İrəvana qayıdacaq.
Yanvarın 5-də Ermənistan Prezidentinin administrasiyası yanvarın 3-də Londonda ayağından əməliyyat olunan A.Sarkisyana koronavirus diaqnozu qoyulduğunu açıqlayb. A.Sərkisyan məzuniyyət götürərək yeni ili Londonda yaşayan övladları və nəvəsi ilə qarşılamaq üçün Britaniya paytaxtına gedib. Onun həyat yoldaşı da koronavirusa yoluxub. (teleqraf.com)
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 82
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






