İsrail pandemiyadan çıxan ilk ölkə olacaq: “Həyata qayıdış” kampaniyası
(8-01-2021, 17:30)



İsrailin Baş naziri Benyamin Netanyahu martın sonuna qədər 16 yaşdan yuxarı vətəndaşların hamısına koronavirusa qarşı peyvənd vurulacağını açıqlayıb.

Bu barədə “Hürriyet” yazıb.

“Pfizer” və “BioNTech” şirkətlərinin COVID-19-a qarşı peyvəndinin yeni partiyası bazar günü İsrailə gətiriləcək. “Pfizer”lə imzalanan anlaşma 16 yaşdan yuxarı bütün İsrail vətəndaşlarının “Həyata qayıdış” adlı kampaniya çərçivəsində martın sonuna qədər vaksinasiyasını təmin edəcək”, - deyə B.Netanyahu bildirib.

B.Netanyahu həmçinin vaksinasiya sayəsində 9.3 milyon əhalisi olan İsrailin COVID-19 pandemiyasından çıxan ilk ölkə olacağını qeyd edib.(oxu.az)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 89

Xəbər lenti