İran Körfəzdə yeraltı raket bazasını istifadəyə verib - FOTO
(8-01-2021, 16:30)



İran İnqilab Keşikçiləri Qvardiyası Körfəz sahilindəki yeraltı strateji raket bazasının fotosunu yayıb.

“Report” xəbər verir ki, bazanın fotosu Qvardiyaya məxsus “Sepah News” saytı paylaşıb.

Bu hərbi birləşmənin komandanı general-mayor Hüseyn Salami bazanın açılış mərasimində deyib: “Məqsədimiz ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini, islam inqilabının nailiyyətlərini müdafiə etməkdir”.

Qeyd edək ki, ABŞ İran İnqilab Keşikçiləri Qvardiyasının terrorçu təşkilatlar siyahısına daxil edib.





шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 64

Xəbər lenti