“Erməni əsgərlərinin valideynləri bu təhlükəni başa düşür və eyni zamanda, məlum olur ki...”  
 (8-01-2021, 15:30) 
	Xəbər verdiyimiz kimi Ermənistanda bir qrup çağırışçının valideynləri etiraz aksiyaları keçirməyə başlayıb. Onlar tələb ediblər ki, hərbi xidmətə çağırılan övladları Qarabağa aparılmasın, çünki bu çox təhlükəlidir. 
Açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, erməni əsgərlərinin valideynləri bu təhlükəni başa düşür, amma eyni zamanda, məlum olur ki, çağırışçılar Qarabağa göndərilir:
“Erməni əsgərlərinin valideynləri bu təhlükəni başa düşür və eyni zamanda, məlum olur ki, çağırışçılar Qarabağa göndərilir. Ona görə Ermənistanda əsgər valideynləri etiraz etməyə başlayıb. Qarabağa əsgər göndərilir, amma bunun qarşısı alınmır. Bütün bunlara isə Rusiyanın sülhməramlı qüvvələri şərait yaradır. Onlar orda xüsusi düşərgələr yaradıblar və təlimlər keçirlər. Ölkə başçısı cənab İlham Əliyev Ermənistana və sülhməramlı qüvvələrə  açıq xəbərdarlıq etdi. Bildirdi ki, proseslərdəki neqativ hallar davam edərsə, o zaman dəmir yumruq yenidən işə düşəcək. Qaldı ki, erməni valideynlərinin buna etiraz etməsi xeyrimizədir, lakin buna əməl edəcəklərmi, o sual altındadır”.
Qeyd edək ki, erməni əsgərlərin valideynlərindən biri deyib ki, “Müdafiə Nazirliyindən kimsə gəlib bizə açıqlama versin və desin ki, uşaqlarımızı Qarabağa yox, Ermənistandakı hərbi hissələrə aparırlar”.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 79
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






