“Heç özüm də istəmərəm ki, nişanlımla fotom sosial şəbəkələrdə yayılsın...”
(8-01-2021, 14:30)
Dünən nişanlısı ilə rəsmi nigaha daxil olarkən və fotoları sosial şəbəkədə maraqla qarşılanan leytenant Abbas Yusifov öz döyüş yolundan danışıb.
Qazimiz açıqlamasında Talış kəndi uğrunda gedən döyüşlərdə minaya düşərək ayağını itirdiyini bildirib:
“Silahlı Qüvvələrimizin zabitiyəm, 2018-ci ildən leytenant kimi xidmətə başlamışam. Vətən müharibəsi başlayanda mən də sentyabrın 27-də döyüşlərə yollandım. Sentyabrın 30-da gecə saatlarında Talış kəndində minaya düşdüm. Minaya düşən kimi hiss etdim ki, sol ayağım yoxdur, hərbçi yoldaşlarım köməyə gəldi və məni ərazidən çıxardılar. Daha sonra hospitala yerləşdirildim və ayağım tikildi. Döyüşlərdəki xidmətimə görə ölkə başçısı tərəfindən “Vətənə xidmətə görə” üçüncü dərəcəli ordeni ilə təltif edilmişəm”.
Qazimiz nişanlısıyla fotosunun sosial şəbəkələrdə gündəm olmasından xəbərsiz olduğunu bildirib:
“Doğrusu, bundan xəbərsizəm, heç özüm istəmərəm ki, nişanlımla fotom sosial şəbəkələrdə yayılsın. Ola bilsin ki, qohum-əqrəbanın telefonlarında foto olub və beləcə yayılıb. Başa düşürəm insanlarımız bunu maraqla qarşılayır, sağ olsunlar, amma istəmirdim fotom yayılsın. Mən döyüşdən əvvəl nişanlı olmuşam. Sadəcə nigah bağlanıb, hələ evlənməmişik. Bir az əvvəl evimizə çəkiliş də gəlmişdi və döyüş yolumdan danışdım”.
Ana səhifəyə qayıt
Oxunub: 76
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər