Seren Serengil “Səni axtarıram” verilişinə zəng edib azərbaycanlı uşağa dəstək oldu - V
(8-01-2021, 12:30)
Türkiyənin məşhur müğənnisi Seren Serengil Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinə zəng edərək, azərbaycanlı uşağa dəstək olub.
Sənətçi ağır xəstə olan azyaşlı Tunarın müalicəsinə maddi dəstək olacağını bildirib:
“Azərbaycanlıları çox sevirəm, sosial şəbəkədə ən çox izləyicilərim Azərbaycandandır. Ona görə də bəlkə, Azərbaycana köçdüm.
Azərbaycan qadınları başqadır, onları özüm kimi görürəm. Çox istədim, amma uşağım olmadı. Heç vaxt ana ola bilmədim. Beş aylıq uşaq dünyaya gətirdim, xəstəxanada altı gün yaşadı. Çox pis oldum. Bilirəm ki, anaların uşaqlarını itirməyə qəlbləri dözməz. Bu baxımdan əlimdən nə gəlirsə, dəstək olacam. Buna izləyici kimi qalmamalıyıq. Bank hesabını sosial şəbəkədə də paylaşacam, video ilə də müraciət edəcəyəm”.
Qeyd edək ki, azyaşlı Tunarın yaşaması üçün böyük məbləğdə maddi vəsait lazımdır.
Ana səhifəyə qayıt
Oxunub: 187
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər