“Bu günə kimi Füzuli İcra Hakimiyyətindən kimsə qapımızı açmayıb, bunlara ümid etmək olmaz”  
 (5-01-2021, 15:30) 
	“Bu günə kimi nə Füzuli rayon İcra Hakimiyyətindən, nə də Böyük Bəhmənli kənd icra nümayəndəliyindən bir nəfər qapımızı açmayıb”
Vətən müharibəsində döyüşərək yaralanan hərbçilərimizdən biri də MAXE Fərid Həsənlidir. F.Həsənli döyüş yolu haqda Moderator.az-a danışıb və yarası sağaldıqdan sonra yenidən ordu sıralarına qayıtmaq istədiyini bildirib:
“1994-cü ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşam. Artıq beş ildir ki, hərbidə MAXE kimi xidmət edirəm. Oktyabrın 26-da əməliyyata gedirdik və düşmən minaatandan atəş açdı. Minaatan mərmisinin dalğası qarşımda gedən hərbçi yoldaşımı tulladı. Mən döyüşdə sanitar-təlimatçı olduğum üçün ona kömək etməyə getmək istədim. Addımımı atanda mən də yıxıldım və onda döyüşçü yoldaşım məni görüb ağladı. Ayağa qalxıb başqa bir əsgər yoldaşımla məni ərazidən çıxarıb ayağıma sarğı qoyub geri göndərdilər. Ayağımdan ağır qəlpə yarası almışdım”. 
Qazimiz Füzuli rayon İcra Hakimiyyətinin diqqətsizliyindən də gileylənib:
“Bu günə kimi nə Füzuli rayon İcra Hakimiyyətindən, nə də Böyük Bəhmənli kənd icra nümayəndəliyindən bir nəfər qapımızı açmayıb. Amma kənd icra nümayəndəliyi rayon İcra Hakimiyyətinə yanlış məlumatlar verib deyir ki, guya bir neçə dəfə mənə baş çəkiblər. Atam xəstədi, vəziyyəti pisdi, qardaşım işləmir. Evdən tək mən işləyirdim və mən də döyüşdə yaralandım. Bundan sonra isə necə olacaq, bilmirəm. Yaram sağalandan sonra yenidən ordu sıralarına qayıdıb işləmək istəyirəm. Bu adamlara ümid olmaq olmaz”. 

   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 107
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






