Kapital bankın bankomatları niyə işləmir? - Virusla mübarizədə etinasızlıq  
 (11-12-2020, 12:47) 
	
 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus (COVID-19) infeksiyası ilə bağlı hər gün əhaliyə müraciət edir, xalqı virus əleyhinə birliyə səsləyir.
TƏBİB müraciətində insanları vacib işləri olmadığı halda küçəyə çıxmayıb evlərdə qalmağa çağırdığı halda insanlarımız küçələrdə-bankomatlar qarşısında sıxlıq yaradaraq saatlarla qalmağa məcbur buraxılır.
dovrunnabzi.az xəbər verir ki, belə hallardan biri Bakı şəhərində Tennis Akademiyası yaxınlığında Kapital Banka məxsus bankomatlar qarşısında yaşanır. Buna səbəb banka məxsus bankomat və ödəmə terminallarının işlək olmamasıdır. Bankomat qarşısında dayanan vətandaşlardan öyrənirik ki, bu hal bütün şəhər üzrə, yəni bankın bütün bankomatlarında baş verir. Əcəba ölkənin ən böyük bankı texniki nasazlıqlar qarşısında acizmi qalıb? Yoxsa Kapital Bank ölkənin koronovirusla mübarizəsinə etinasız yanaşır?
Ümid edirik, problem qısa zamanda həllini tapacaq.



   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 436
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  





