Ramsin Abdullayev Dövlət rəmzinə hörmət etmir - FOTOFAKT
(26-01-2021, 13:49)

 Azərbaycanın Dövlət rəmzlərindən biri olan Himnə qarşı böyük hörmətsizlik müşahidə olunub. Əməkdaşımızın özünün şahidi olduğu tablo da bunu əks etdirir. Belə ki, Bakı şəhəri Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyində içəri daxil olan kimi foyedə Ulu Öndər Heydər Əliyevin plakatı ilə yanaşı, Azərbaycan himmi nümayiş olunur. Lakin Himnimiz olduqca biabırçı formada plakatda əksini tapıb. Görünən odur ki, Himni lövhəyə köçürənin savadsızlığı bir tərəfə qalsın, sonradan o boyda idarədə müdirdən tutmuş, adi işçisinədək mətnin düzgün yazılıb-yazılmaması ilə maraqlanan da yoxdur. 

Belə bir məqamda “jek” rəisi Ramsin Abdullayevin məsüliyyətsizliyi xüsisi ilə qeyd istəyirik. Əslində, rəisin atdığı addım tək Himnimizə deyil, dövlətimizə qarşı hörmətsizlikdir. Əməkdaşımız onu da  vurğulayır ki, baş verən biabırçı məsələ ilə bağlı “jek” rəisinə xüsusi iradlarını bildirdikdə, o, özünəməxsus tərzdə inkar edib. Lakin fakt faktlığında qalır. Buyurub siz də baxa bilərsiz... 

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mənzər Qurbanova

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 336

Xəbər lenti