Türkiyə MN: Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik  
 (30-11-2020, 12:30) 
	Noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında Qarabağda monitorinq üzrə mərkəzin yaradılması haqqında imzalanmış memoranduma uyğun olaraq iki ölkə arasında əlaqələr davam edir.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Karanın bəyanatında deyilir.
Nazirliyin nümayəndəsi qeyd edib ki, Azərbaycan Ordusu sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı çərçivəsində Cəbrayıl, Fizuli, Zəngilan və Qubadlı rayonlarını, kənd və qəsəbələri, strateji yüksəklikləri azad edib. Noyabrın 10-da nail olunmuş üçtərəfli razılıq çərçivəsində digər 2 rayon Azərbaycana qaytarılıb.
Azərbaycan Ordusu noyabrın 25-dən Kəlbəcəri minalardan təmizləyir. Dekabrın 1-dən işğal altındakı Laçın rayonu da Azərbaycana qaytarılacaq.
Kara vurğulayıb ki, Türkiyə bütün imkanları ilə Azərbaycanı onun haqlı mübarizəsində dəstəkləməyə davam edəcək.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 63
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






