Maliyyə dəyəri 48 144 AZN təşkil edilən müqavilədə Azərbaycan Dövlət bayrağının alınması nəzərdə tutulub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Kale Solution” MMC 07 mart 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 24a, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə İmanov Aqil Azər oğludur.
Bir ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə nə şirkət, nə də sahibi barədə hər hansı məlumat var.