Ermənilərin Qarabağda törətdikləri ekoloji terror ərəb mətbuatında gündəmə gətirilib  
 (28-11-2020, 17:00) 
	Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Missiya Media Qrupu”nun rəhbəri, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədovun ermənilərin Kəlbəcər rayonunda törətdikləri ekoloji terrorla bağlı yazısı bir sıra xarici mətbuat orqanlarında işıqlandırılıb.
Misirin “Asiaelyoum.com” saytı, “Nile1.com” internet media resursu, Əlcəzairin “Alharir.info” portalı, Səudiyyə Ərəbistanının “garbnews.az” saytı R.Əhmədovun yazısını dərc edib.
Ramin Əhmədov ermənilərin 200 il ərzində Azərbaycan xalqına qarşı qanlı cinayətlər törətdiyini qeyd edərək yazır: “Ermənilər milli-mənəvi dəyərlərimizə qarşı düşmən münasibəti göstəriblər. Erməni vəhşiliyi bu gün də davam edir. Buna sübut kimi uzun illər işğal altında saxladıqları Kəlbəcər rayonunu İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq tərk edərkən törətdikləri vandallıq nümunələrini göstərmək olar. Bundan başqa, ermənilər işğaldan azad olunmuş digər şəhər və kəndlərimizdə də analoji hərəkətlərə yol veriblər. Beyinləri Azərbaycana qarşı düşmənçilik ideologiyası ilə zəhərlənmiş başıpozuq kütlə, ərazilərimizdə evləri, mədəniyyət ocaqlarını, təhsil müəssisələrini yandırıb, meşələrmizdəki yüz illərlə yaşı olan ağacları kəsərək “yaşıl qətliam” həyata keçiriblər”.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 83
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






