Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
(28-11-2020, 11:00)
Keniyada kəfənləmə sırasında arteriyası kəsilən adam bir anda qışqıraraq həyata qayıdıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı Peter Kigen adlı adam evində anidən yerə yıxıldıqdan sonra xəstəxanaya aparılıb. Xəstəni müayinə edən həkimlər ailəsinə həyatını itirdiyini söyləyib.
Dəfndən əvvəl kəfənləmə üçün morqa aparılan adamın bədənindəki qanı boşaltmaq istəyən vəzifəlilər cəsədin arteriyasını kəsib. Bu zaman özünə gələn adam qışqıraraq ayağa qalxıb.
Adamın ailəsi həkimlərin ölməyən insanın nə üçün öldüyünü söylədiklərini anlaya bilmədiklərini bildirib. Peter isə olanlara hələ də inanamadığını söyləyib.

Ana səhifəyə qayıt
Oxunub: 82
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər