"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."  
 (28-11-2020, 10:30) 
	Almaniyada 2022-ci ilin yanvarından etibarən bazarlarda plastik torbaların istifadəsi qadağan ediləcək. Ölkədə nazik plastik torbalardan istifadəyə isə icazə veriləcək. Hökumət rəsmiləri bildirib ki, bunun əvəzində vətəndaşlara alış-veriş səbətləri və yuyulan parça torbalardan istifadə etməsi tövsiyə olunur.  
Bəs görən Azərbaycanda da gələcədə plastik torbalardan xilas ola bilərikmi?
Sualı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırdı. Qurum sədri bildirdi ki, ölkədə plastik torbalardan imtinayla bağlı artıq Milli Məclis qərar qəbul edib:
“Bununla bağlı artıq Milli Məclis qərar qəbul edib. Qərarda bildirilir ki, yanvarın 1-dən plastik torbaların istifadəsinə qadağa qoyulur və iyulun 1-dən isə plastik qaşıq və çəngəllərin istifadəsi məhudlaşdırılır. Yəni bizim həmişə dediyimiz kimi ən azı MDB təcrübəsi tətbiq olunmalıdır, şəffaf, qalınlığı minimum olan və pulla satılan plastik torbalardan istifadə olunsun. Plastik torbaların pulla satılması məsələsi ancaq Milli Məclisin qərarında yoxdur. İnsanlar birdəfəlik özlərinin şəxsi bazar torbalarına keçməlidir. Həmçinin cənub bölgəsində hazırlanan və el arasında “talış zəmbilləri” kimi adlanan zəmbillərdən də istifadə olunması məsləhətdir. Ümumiyyətlə, bəşəriyyəti plastikdən xilas etmək lazımdır”.
Qurum sədri plastik torba istehsal edən zavodların karton tərkibli torbalara keçməsini məsləhət görüb:
“Bu zavodlar Amerikadakı kimi karton tərkibli torbalar istehsal etsinlər. Düzdür, başqa ölkələrdə istehsal edilən karton tərkibli çəngəl və bıçaq görməsəm də, amma qab və torbaların karton və kağız tərkiblisini görmüşəm və buna keçid etmək mümkündür. Nepal kimi geridə qalmış bir ölkədə plastik torbalara çoxdan qadağa qoyulub. Bizim ölkədə də  mütləq bu həll olunmalı və yeni istehlakçı davranışı nümayiş olunmalıdır. İstehlakçılar buna tələb yaratmamalıdırlar. Əgər onlar buna tələb yaratmasalar, təklif də meydana çıxmaz. Bir sözlə, istehlakçılar xüsusən pandemiya dövründə başqasının viruslarını plastik torbalarla evlərinə daşımamalıdırlar”.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 58
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






