"Fransa bilavasitə Xocalıda törətdiyi soyqırımlarının iştirakçısıdır"
(26-11-2020, 17:08)
“Fransa Senatının qəbul etdiyi qətnamədə erməni izi görülməkdədir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, erməni izi görünəndə buradan bir sıra nəticələr çıxır: “Bu, artıq siqnaldır. Azərbaycana bundan sonra təzyiqlər artacaq. Ona görə də bu siqnallara adekvat cavab vermək lazımdır. Əlcəzairdə, Kamerunda və digər yerlərdə soyqırımları törətmiş Fransa bilavasitə Xocalıda, İkinci Qarabağ müharibəsində, Gəncədə, Bərdədə ermənilərin törətdiyi soyqırımlarının iştirakçısıdır. Bu qətnamədən qorxmaq lazım deyil. Qətnamədən çıxan məqamlarla Fransanın üzərinə getmək lazımdır ki, ATƏT-in Minsk Qrupu həmsədrliyindən imtina etsin. Bu, Fransanın özünə qarşı zərbədir”.
Ana səhifəyə qayıt
Oxunub: 76
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər