Doğuş üçün xəstəxanaya gedən qadın qayıtdığı zaman dəhşətli mənzərə ilə qarşılaşdı
(25-11-2020, 12:03)
Rusiyada doğuş sancıları başlayan arvadını xəstəxanaya aparan adam 6 yaşlı uşağına baxmaq üçün dostunu evə çağırıb. Cütlüyün xəstəxanada olduğu zaman isə evdə dəhşətli hadisə baş verib.
Engels şəhərində yaşanan hadisədə 47 yaşlı Sergey Podgornovu evə çağıran cütlük geri qayıtdıqları zaman uşaqlarının kəsik başı ilə qarşılaşıb.
Hadisə yerinə gələn polislərə soyuqqanlı şəkildə yaşananlardan danışan adam uşağın ailəsi evdən çıxdıqdan sonra içki almaq üçün mətbəxə getdiyini və sonrasında baş verənləri xatırlamadığını söyləyib.
Uşağın başını kəsdiyini xatırlamadığını söyləyən adamın narkotik maddə qəbul etdiyi və bu səbəblə də törətdiyi cinayəti xatırlamadığı bildirilib.
Ana səhifəyə qayıt
Oxunub: 115
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər