COVID-19 zamanı ağciyərləri qoruya biləcək məhsul açıqlanıb
(25-11-2020, 13:30)



Toyuq yumurtaları ağciyərlərin sağlamlığını yaxşılaşdırır və COVID-19-a yoluxma zamanı onun rahat fəaliyyəti üçün kömək edə bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə diyetoloq Marqarita Korolyova bildirib.

O qeyd edib ki, yumurtanın zülalı infeksiya ilə mübarizədə kömək edən immunoqlobilinlərin yaranmasına yardım edir.

“Yumurtanın sarısındakı yağ komponentləri isə, öz növbəsində, ağciyər alveolalarının bir hissəsidir. Bundan əlavə, yumurtanın tərkibində olan A vitamini immunitetin “qatil-hüceyrələr” ifraz etməsini stimullaşdırır, E vitamini isə antioksidandır”, - diyetoloq əlavə edib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 108

Xəbər lenti