“İndi bütün dünyada ən mübariz, qəhrəman xalq kimi ucaldıq...”  
 (25-11-2020, 10:30) 
	“Elə bir vəziyyət yaratmışdılar ki, biz tək qalmışdıq. Ona görə bir növ mənəvi cəhətdən başımız aşağı idi”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, diktor Eldost Bayramlı deyib. 
O, düşmən üzərində çaldığımız qələbədən danışıb:
“Torpaqlarımızı işğaldan azad etmək yüz faiz bizim qəlbimizdə hisslərimizi dəyişdi, xalqa güvən verdi. Əsas odur ki, özünün gözündə qalib gələsən, yüksələsən, öz daxilində çatışmayan cəhətlərə qalib gələsən. Bizim genimiz elədir ki, saf, təmiz və bütün insanlara malik olan gendir və onu sadəcə olaraq birləşib aşağı salmaq istəyirdilər. Elə bir vəziyyət yaratmışdılar ki, biz tək qalmışdıq. Ona görə bir növ mənəvi cəhətdən başımız aşağı idi. Amma indi bütün dünyada ən mübariz, qəhrəman xalq kimi ucaldıq. Bunu etiraf etmək istəmirlər, amma həqiqəti etiraf etməyə məcburdurlar. Biz birinci növbədə öz gözümüzdə yüksəldik və ikincisi də ki, elə məcbur etdik ki, istəməyənlər də düzünü deməyə gəldilər Rusiya və Fransa etiraf etdi ki, bu torpaqlar Azərbaycanındır. Bir daha sübut olundu ki, onun rəhbərliyi ilə xalqın birliyi əvəzsizdir, birdir. Biz xalq və dövlət birliyini sübut etdik. Təbii ki, burda xalqın da, Ali Baş Komandanın da böyük xidməti var. Hər ikisinə Allah can sağlığı versin, xalqımızın başını dövlət başçımızla bir yerdə uca etsin”.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 72
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






