Kəlbəcərin incisi Xudavəng: Düşmənin natamamlıq kompleksi fonunda Alban məbədinin taleyi - FOTO
(24-11-2020, 18:00)



Bildiyimiz kimi, sentyabrın 27-dən etibarən Azərbaycan ordusu düşmən təxribatlarına qarşı əks-həmlə əməliyyatlarına başlayıb və illərlə yadelli tapdağında qalan yurd yerini işğaldan azad edib.

Torpaqlarımızın azad olunması fonunda illərlə xalqımız üçün naməlum qalan tarixi abidələrimizin, maddi mədəniyyət nümunələrimizin də taleyinə işıq salınıb desək, yanılmarıq.

Ermənilərin illər əvvəl xalqımıza qarşı yönəlmiş aqressiv, dağıdıcı, məhvedici, qəddar, rəhmsiz münasibətindən abidələr də nəsibini alıb.

Özlərinə yoxdan saxta bir tarix yaratmağa çalışan düşmən abidələrimizə qarşı vandallıq, barbarlıq nümayiş etdirib.

Məscidlər dağıdılıb, təhqir olunub, abidələr məhv edilib, işğal olunmuş ərazilər sanki heç vaxt sivilizasiya olmamış kimi talan edilib. Vəhşi şər ordusu bununla da kifayətlənməyərək, bir çox abidələrimizi özününküləşdirməyə, özülsüz olmalarını ört-basdır etmək üçün özlərinə uydurma tarix, mədəniyyət “yaratmağa” cəhd göstəriblər.

Bu günlərdə Kəlbəcərdə aşkarlanan “qədim tarix” emalatxanası da yağı düşmənin natamamlıq kompleksindən xəbər verir. Onlar bu emalatxanada daşları xüsusi məhlulda saxlayaraq, onları qədim abidələr kimi torpağa basdırıb, bununla da özlərinə yoxdan bir mədəniyyət uydurmağa çalışıblar.

Pənahəli Xanın tikdirdiyi Şahbulaq qalasına xaç vurmaqla onu xristian-erməni abidəsinə çevirmək cəhdi düşmənin riyakarlıqda nə qədər sərhəd tanımadığını bir daha sübut edir.

Şübhəsiz ki, istər işğal illərində, istərsə Azərbaycanın 44 günlük haqq savaşı dönəmində erməni riyakarlığına, vandalizminə və barbarlığına ən çox məruz qalan maddi mədəniyyət nümunələrindən biri də Xudavəng monastır kompleksidir.

Oxu.Az abidə ətrafında düşmənin yaratdığı üxtəlif şou xarakterli ucuz oyunları fonunda məbədin tarıxinə qısa nəzər salıb.

Xudavəng və ya Dadivəng adlanan məbədlər kompleksi Kəlbəcərin Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşir.


Azərbaycanın xristian memarlığının ən böyük və möhtəşəm və ən gözəl abidələrindən olan kompleksin tarixi ilə bağlı müxtəlif versiyalar mövcuddur.

Abidə haqqında əfsanələrdən birinə görə, burada Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey Dadi dəfn olunub. Bu əfsanəyə əsasən, Xudavəng kompleksinin IV əsrdə tikilməyə başladığı ehtimallar arasındadır.

Dövrümüzə bir çox tikili və tikili qalıqları gəlib çatan abidənin əsas inşaat işlərinin XIII əsrdə aparıldığı bildirilir. Alban knyazı Vaxtanqın həyat yoldaşı Arzu xatun kompleksin baş kilsəsini 1214-cü ildə tikdirib.

Baş kilsə əzəmətli günbəzi, böyüklüyü ilə Qafqaz Albaniyası memarlığının şah əsəridir.


Böyük Həsən kilsəsi məbədin əsas binasıdır. Kompleksə saray, təsərrüfat və yaşayış binaları və mülki tikililər daxildir. Bu kompleks Azərbaycan xristian memarlığının bütün xarakterini müxtəlif aspektlərdən əks etdirməyə qabildir. Kompleksdə çox sayda kitabələr və yazılar qalıb.

Xudavəngi özünəxas edən cəhətlərdən biri də Azərbaycan müsəlman memarlığına xas oyma daş bəzəklərdən istifadə olunmasıdır.

Abidə kompleksinə doqquz tikili daxildir:

1. Qədim kilsə;

2. Kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası;

3. Arzu Xatun məbədi;

4. Həsən Cəlal məbədi;

5. Müqəddəs Qriqoris məbədi;

6. Arzu Xatun məbədinə əlavə edilmiş zal;

7. Zəng qülləsi;

8. Məktəb binası;

9. Qalereya.


Tikililərin beşi əsas, digərləri köməkçi xarakterlidir. Abidələrin bir çoxunda uçma qeydə alınıb.

Kompleksin tikintisində qara bazalt daşından, bişmiş kərpicdən və əhəngdən istifadə olunub. Damları kirəmit və daşlarla əhatələnib. Günbəzlər ağac materialındandır. Pəncərə oyuqları nalşəkillidir.

Monastırda çox sayda sənət əsərləri mövcud olub. Belə ki, abidənin divarları yağlı boya ilə çəkilmiş dini şəkillər və yazılar həkk olunub. Abidələr kompleksinin ətrafı divarlarla əhatələnib.

Fasad yonma daşla üzlənib, qabartma və oyma naxışlarla bəzədilib. Məbədin şərq fasadında daş üzərində Vaxtanqın, cənub fasadında isə Arzu Xatunun və iki oğlunun təsvirləri həkk olunub.


Erməni işğalı illərində Xudavəng məbədi ermənilərin təcavüzünə məruz qalıb. Bədnam düşmən Azərbaycanın qədim mədəniyyətinin izlərini silmək üçün Alban kilsəsinə aid xaç və yazıları məhv edib, bununla tarixi saxtalaşdırmağa cəhd göstəriblər.

Elə Kəlbəcərin Azərbaycana təhvil verilməsi ərəfəsində də onlar öz ucuz şoularından geri qalmır, abidə onlara aidmiş kimi vidalaşma “mərasimləri” düzəldirlər. 

Ancaq bunlar əbəsdir. Əminik ki, yurd yerimizin azad olunmasından sonra düşmənin məhv etdiyi abidələrimizin bərpası istiqamətində əməli addımlar atılacaq. Mənfur qonşular isə törətdiyi əməllərə görə cavab verməli olacaqlar. 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 28

Xəbər lenti
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031