“Dekabrın 1-də atama gözaydınlığı verib deyəcəm ki, axır ki, arzuların həyata keçdi...”
(24-11-2020, 14:00)



“Onun bütün yaradıcılığına fikir versəniz, görərsiniz ki, o xalqımızın, dövlətimizin ən ağrılı, acılı vaxtlarını və o cümlədən bu günki günü də görüb qələmə almışdı”

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov deyib. O, şairin daim Qarabağ mövzusuna toxunduğunu bildirib:

“Onun bütün yaradıcılığına fikir versəniz, görərsiniz ki, o xalqımızın, dövlətimizin ən ağrılı, acılı vaxtlarını və o cümlədən bu günki günü də görüb qələmə almışdı. Yəni Qarabağ mövzusu onun yaradıcılığında kifayət qədər öz əksini tapıb. Vətən, xalq eşqiylə, torpaqların qaytarılması arzusuyla yaşadı, amma təəssüf ki, bu günü görmədi. Şeirlərinin birində də deyir ki:

Alar qisasını tökülən qanın,
Doğan günəşini, sökülən danın.
Ucaldar başını Azərbaycanın,
Qələbə, qələbə, ancaq qələbə. 

O, ancaq  bu arzuyla yaşayıb. Onun bu haqda kifayət qədər şeir və poemaları var. Bu günü də görürdü və bu azuyla da yaşayırdı. Təbii ki, Zəlimxa müəllimin ürəyində qələbəyə böyük inam var idi və o inam olmasaydı, bu cür şeirlər yazmazdı axı”.

B.Yaqubov dekabrın  1-də atasının məzarını ziyarək edərək onu təbrik edəcəyini bildirib:

“Mən açığı Zəlimxan müəllimin məzarını ziyarət etməyə getmək istədim, amma sonra bu fikrimdən daşındım. Düşündüm ki, dekabrın 1-də gedərəm. İnşallah ona qədər Kəlbəcər və Laçın da işğaldan azad edilsin, onda atamın məzarını ziyarət edəcəm. Bir övlad kimi ona gözaydınlığı verəcəm ki, axı ki, arzuların həyata keçdi”. 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 73

Xəbər lenti