“Görmədiyim, amma xəyalımda canlandırdığım Gülablını görmək mənə də qismət olacaq...”
(24-11-2020, 11:00)



"Təbii ki, bütün Qarabağlılar kimi mən də çox sevincliyəm və qürurluyam. Nəhayət gözəl torpaqlarımız erməni işğalçılarından geri alındı. Görmədiyim amma hər zaman qəlbimdə yaşatdığım, xəyalımda canlandırdığım Gülablı kəndimizi gedib görmək mənə də qismət olacaq."

Bu sözləri Moderator.az-a xanəndə Səbinə Ərəbli bildirib. 

O daha sonra  əlavə edib:

“Kəndimizin gözəl havasını duyacam, bulaqlarının suyundan içəcəm. Babamın məzarını ziyarət edə biləcəm. Bütün bu sevinci bizə yaşatdıqlarına görə başda cənab prezidentimizə, güclü ordumuza, qazilərimizə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, şəhid analarının önündə baş əyirəm. Allah analarımıza səbr, dözüm versin. Biz bu qələbəni şəhidlərimizə borcluyuq. Yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm, tezliklə sağlıqlarına qovuşmalarını arzulayıram. İnşallah. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” deyə xanəndə bildirib.

Əli Novruzəliyev

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 79

Xəbər lenti