"Söz vermişəm ki, gedim o doğma yurdumuzda azan verək, torpağımızı öpək..."
(24-11-2020, 09:30)
Xalq artisti Mənsum İbrahimov da Əməkdar artis Təyyar Bayramovla doğma yurdlarını ziyarət etmək üçün Ağdama yola düşüblər.
Bu haqda Moderaor.az-a danışan M.İbrahimov ölkə başçısının dünənki Ağdam səfərini yüksək qiymətləndirib:
“Əlbəttə, ölkə başçısının Ağdama getməsi və məscidə ayaqqabılarını çıxararaq daxil olub oranı ziyarət etməsi bir nümunə idi. Əslində ölkə başçısı bununla hər bir kəsə, hər bir vətəndaşa bir nümunə göstərdi ki, yəni müqəddəs yerlər belə ziyarət edilməlidir. İkincisidə ki, ölkə başçısı bununla həm də xalqımızın dinimizə olan hörmətini sərgilədi. Ölkə başçısının bu səfəri həm də bütün dünyaya bir mesajdır ki, artıq bu torpağın sahibi gəldi”.
Xalq artisti bu gün Ağdamdan veriliş çəkəcəklərini bildirib:
“Mən indi yoldayam, Ağdama gedirəm, Təyyar Bayramov da yanımdadır. Biz AzTV-nin komandası ilə Ağdamın mərkəzinə gedirik və ordan canlı veriliş çəkilib veriləcək. Həm də söz vermişəm ki, gedim o doğma yurdumuzda azan verək, torpağımızı öpək. Bütün xalqımızın gözü aydın olsun, Allah bütün şəhidlərimizin ruhun şad eləsin ki, biz onların sayəsində torpaqlarımıza qayıdırıq. Böyük qələbədir və mən düşünürəm ki, bundan sonra ancaq quruculuq işlərinə başlayacağıq. Necə bu birliklə müharibəni qazandıq, indi də bütün xalqımızla, dövlətimizlə bir olub quruculuq işləri ilə məşğul olacağıq”.
Ana səhifəyə qayıt
Oxunub: 74
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər