Polşanın Azərbaycandakı səfiri: “Füzulidəki bu acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır”
(23-11-2020, 12:30)



“Biz bu gün Füzulidə tamamilə dağılmış ərazilər gördük”.

Bunu bu gün işğaldan azad olunmuş Füzuli rayonunda səfərdə olan Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib.

Səfir deyib ki, bu, bir ölkə üçün acınacaqlı vəziyyətdir və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bunun Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş hərbi cinayət kimi dəyərləndirilməsinə gəlincə,  R. Poborski qeyd edib ki, bu, faktlarla təsdiq olunmalıdır: “Mən inanıram ki, tez bir zamanda Azərbaycan dövləti buranı gözəl məkana çevirəcək”
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 78

Xəbər lenti