Mingəçevirdə koronavirus xəstələri karantin postunda saxlanıldı  
 (21-11-2020, 14:30) 
	Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxan şəxslərin yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində qurulan karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk etmiş şəhər sakinləri F.Ağayev və onun arvadı T.Ağayeva özlərinə məxsus “Hyundai” markalı avtomobillə Gəncə şəhərinə getmək istəyərkən saxlanılıblar.
Müəyyən edilib ki, koronavirus testlərinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları evi tərk ediblər.
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları ünvana geri qaytarılıblar.
F.Ağayev və T.Ağayeva barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 71
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






