Ermənistanda 3 yeni nazir təyin edilib
(21-11-2020, 11:00)
Ermənistan müdafiə, fövqəladə hallar və əmək və sosial naziri vəzifələrinə yeni təyinatlar olub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
Bildirilib ki, Vaqarşak Arutyunyan müdafiə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Mesrop Arakelyan isə əmək və sosial müdafiə naziri təyin edilib.
Xatırladaq ki, Ermənistanın baş naziri parlamentdəki çıxışında hökumətdə kadr dəyişikliyi edəcəyini bildirmişdi. Bu çıxışdan sonra xarici işlər naziri Zöhrab Mnasakanyan, fövqəladə hallar naziri Feliks Çolakyan, əmək və sisoal məsələlər naziri Zarui Batoyan, müdafiə naziri David Tonoyan elm, təhsil, mədəniyyət və əmək naziri naziri Araik Arutyunyan istefa verib.
Ana səhifəyə qayıt
Oxunub: 68
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər