“Moskva Qarabağa əlavə 14-15 minlik qoşun göndərməyə çalışır..."  
 (19-11-2020, 16:00) 
	“Rusiya prezidentinin son  müsahibəsindən sonra bəzilərində belə təəssürat yaranıb ki, Ermənistan baş naziri Moskvanın dəstəyindən yararlanır. Həmin nöqteyi-nəzərə görə, bunu Vladimir Putinin Nikol Paşinyanı xain adlandırmağın əsassız olduğunu, səhvlərindən danışıla biləcəyini söyləməsi sübut edir”. 
Bunu  işğalçı Ermənistanın "Hraparak" qəzeti yazır. 
“Bununla yanaşı, siyasi proseslərə bələd olan dairələrdə, əmindirlər ki, Rusiya prezidenti mövcud vəziyyətdən öz imperatorluğunun mənfəəti və faydası naminə çıxmağa çalışır, buna görə də Paşinyanı hakimiyyətdə saxlayır.
“Bölgədəki Türk amilinin bu miqyasda güclənməsi Rusiyanın maraqlarına uyğun gəlmədi, amma belə bir vəziyyət yaransa, o zaman Rusiya indi maraqlarını mümkün qədər  irəli çəkməyə çalışacaq..." 
Mənbəmizin bildirdiyinə görə, üçtərəfli bəyanat çərçivəsində 1960 hərbçidən ibarət sülhməramlı qüvvənin Qarabağa yerləşdirilməsindən bəhs olunsa da,  pərdəarxası danışıqlar da davam edir. Və Rusiya tərəfi bu əraziləri öz poliqonuna çevirmək məqsədilə Qarabağa 14-15 min hərbçi göndərmək istəyir. Nəticədə, ən azı, dekabrın 1-dək, yəni üçtərəfli bəyanatda göstərilən ərazilərin təhvil verilməsi üçün son tarixə qədər Ermənistan baş nazirinin dəyişdirilməsi Rusiya üçün sərfəli deyil, bu səbəbdən Nikol Paşinyana açıq bir zərbə vurulmayacaq. Zərbələr daha diplomatik şəkildə endiriləcək, məsələn, Paşinyanın Şuşa məsələsindəki yalanlarını ifşa etmək  kimi...”-deyə  erməni qəzeti yazır.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 79
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






