Azərbaycanda kərə yağının istehsalı artıb
(19-11-2020, 11:00)
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 20 379,6 ton kərə yağı istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan kərə yağının həcmi 1,9% artıb.
Cari ilin noyabrın 1-nə ölkədə kərə yağı üzrə hazır məhsul ehtiyatı 63,9 ton təşkil edib ki, bu da ötən ilin göstəricisindən 21 dəfə çoxdur. Belə ki, ötən il bu göstərici 0,3 tona bərabər olub.
Bununla yanaşı, bu ilin yanvar-sentyabr aylarında ölkəyə 62 724,2 min dolları dəyərində 12 716,6 ton kərə yağı, digər süd yağları və pastaları idxal olunub ki, bu göstəricilər müvafiq olaraq 25,9% və 29,2% artıb.
Ana səhifəyə qayıt
Oxunub: 85
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər