Professordan ilginc çağırış: "Orta və ali məktəblərdə tədris bərpa olunmalıdır"
(19-11-2020, 09:30)



İdrakı təfəkkürünə böyük hörmətim olan tələbələrimdən biri, Qafar Abdullayevin diqqətimi cəlb edən paylaşımında, onun qəlbin ağrıdan altı problemdən dördünün və bütünlükdə hamısının əsasında duran iıkin səbəbin COVİD19 olduğuna şübhə etmədiyimə görə, açıqlamasını məğbul bilmədiyim bəzi məsələlərə münasibətdə, aşağıdakıları Sizlərin sadəcə dərindən düşünüb, şəxsinizdə fərdi təhlilini aparmağınızı zəruri hesab etdim:
1. COVİD19 Bizim ölkəmizə, bütünlükdə müsəlman dünyasına kabus, faciə və cəhənnəm əzabı kimi görünə bilməz və görünməməlidir.
2. Bunun ilkin səbəbi, Ekvatora yaxınlığımıza görə, Bizdə qanın hərəkət sürətinin, şimal bölgə sakinlərindən 1,75 dəfə yüksək olması və qanın sink dolğunluğudur.
3. Dəfələrlə söylədiklərimi bir də təkrar edirəm: yuxarı tənəffüs yollarının istənilən, hətta yüngül iltihabı zamanı belə, COVİD19 test sınağı 4:1 nisbətində mütləq mənada müsbət olmalıdır. Elminə çox böyük dəyər verdiyim tələbəm, d/r Şahin Məmmədovun “Common cold” adlandırdığı, bizim dildə isə “adi soyuqlama” adlandırılan vəziyyətlərdə test sınağı məlum səbəbdən daha böyük faiz nisbətində müsbət ola bilər və olmalıdır. Bu xəstələnmə, yəni COVİD19-a yoluxma deyil, sadəcə virus daşımadır. Koronavirisun bizimlə simbioz yaşamasını nəzərə alsaq, bunu izah edib, bir daha özümə problem yaratmağı yəqin ki, Siz də istəməzsiz... (bax.: 1 noyabr paylaşıma).
4. Dünya idarə olunur və onu böyük ......... və çox böyük güclər idarə edir. Bu həqiqət yox, mütləq reallıqdır. Belə dünyada xoşbəxt, qorxusuz və sabaha ümüdlə yaşamağın yeganə yolu, yaranışdan bəri, öz xalqını yalnız canında artıq sevən, bəzilərinin ölkə başçısı, digərlərinin komandan, başqalarının prezident adlandırdıqları başçıların tək dedikləri, xatırlamaları deyil, həm də etdiklərini ağılla təhlil edib, onlara əməl etməkdir.
5. Varlığı düşmənə, onun mənəviyyatını sındıran göz dağı, məğrur duruşu və qartal baxışı isə sadəcə əbədi ölüm saçan, qalib sərkərdəmizin keçmişdə hamının tanıdığı “Semaşko” adlandırılan xəstəxanada qalib, yaralı əsgərlərimizlə görüşdə, söylədiklərini yada salın: “Maskaları çıxarın, qoy xalq öz qəhrəmanlarını tanısın; narahat olmayım virus açıq havada qorxulu deyil”. Bu sözləri yalnız öz xalqını canından artıq sevən, damarlarında Al Türk qanı axan ölkə başçısı söyləyə, tək xalqına deyil, həm də bu problemə məsul olan, onun strategiya və taktikasını müəyyən edənlərə, yəni hazırda səlahiyyət yiyəsi, səlahiyyət sahibi olan “başbilənlərə” çatdırmaq istəyən Ali və Uca varlıq deyə bilər. Dünyada COVİD19 faciəsini yaşayan 2997 xalqı təmsil edən, deyildiyi kimi 214 ölkənin deyil, 248 ölkənin heç birinin başçısı “fövqəlqorxu” səbəbindən bu sözləri demib, demir və deyə də bilməz. Səbəblərini bilmək istəyənlər mənim 28 oktyabr paylaşımımı oxusun.
6. Yaddaşına hakim olanlar xatırlasın: keçən ilin, yəni 2019-cu ilin noyabr ayında küçələrdə rast gəldiyimiz hər 5 nəfərdən biri ya öskürür ya da askırırdı. Bu gün küçələrdə (təbii ki, mən “kataral qrippoz” əlaməti olan və buna görə də öskürən və askıran şəxsləri nəzərdə tuturam) belə bir insanları görən varsa, çox xahiş edirəm ki, mənə də söyləsinlər, çünki mən belə bir insanı sentyabrın 27-dən bu günə kimi görməmişəm.
8. COVİD19-a yoluxdurma riski çox yüksək, yəni RO indeksi 50%-ə yaxınlaşan şəxslər isə, yalnız öskürək və asqırmaq kimi diqqət çəkən aktiv klinik əlamətli xəstələrdir ki, onları da hətta uzaqdan görənlər belə, ya təcili yolunu dəyişir ya da qaçaraq canın qurtarır.
9. May və iyun aylarında Bizə Gürcüstan və Almaniyada COVİD19-dan qorunma tədbirlərini nümunə göstərir və onlardan öyrənməyi tövsiyyə edirdilər. Mən isə deyirdim: hazırkı vəziyyət onlarda yalnız nisbi haldır. Zamanında görərsız. Unutmayın ki, COVİD-19-un yayılmasına xidmət edən digər, xüsusən Avropa ölkələrindəki faktor, ünsiyyət, forma və münasibət vasitələri Bizim Azərbaycanda yoxdur və Bizə tamamilə yaddır.
10. Bu gün ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və qalibiyyətimizin yeganə səbəbkarı və qarantı ölkə başçısıdır. Bu hamının qəbul etdiyi inkar olunmaz həqiqətdir. Prezidentin gücü isə xalq birliyi, ölkə iqtisadiyyatı və müasir təhsili olan gənclikdir.
11. Qalibiyyət və işğaldan azad olunan torpaqlarımızda dalğalanan zəfər bayrağı Prezidentimizə əbədi xalq gücü və xalq məhəbbətini bəxş etdi.
12. Diqqət edin, 44 günlük müharibə dövründə, eləcə də bu gün, sosial şəbəkələrdə düşmənlə müharibə və zəfər mücadiləsi aparanlar yalnız bu günkü müasir gənclikdir, Biz deyilik (şəxsən Mən, tanıdığım alim və ziyalılardan heç birini bu mücadilədə görmədim; təbii ki, bu sözlərimə görə məndən üz döndərəcəklərinə tamamilə əmin olsam belə) Odur ki, gələcəyimiz naminə müasir gəncliyin savadlanması, onların Dünyanın ən qabaqcıl Universitetlərində təhsil alması (özü də ancaq və ancaq dövlətin hesabına; bu gün xaricdə Öncül Universitetlərdə öz hesabına təhsil alanlar varsa, onlar da təcili olaraq Dövlət təminatına keçirilməlidir) zərurətdən doğan reallıq və həqiqətdir.
13. Odur ki, COVİD19-a yoluxmanın qarşısını alacaq bütün mövcud gigienik tədbirlərə ciddi əməl etmək şərtilə, normal həyat ritmi bərpa olunmalı, ölkə iqtisadiyyatına, onun qüvvətlənməsinə xidmət edən bütün sahə və strukturlar qeyri-şərtsiz olaraq işə salınmalı, gələcəyimizin təminatı və birbaşa təməl əsası olan istər, peşə, istər orta, istər ali məktəblərdə dövrün və zamanın ən müasir elmi tələblərinə cavab verən ardıcıl və keyfiyyətli tədrisin təminatı tam bərpa olunmalıdır.

14. Paylaşıma COVİD19 səbəbindən başlasam da, deyə bilmədiklərim bir çox məsələlərə yaxın günlərdə tam aydınlıq gətirəcəm.
15. Xahiş edirəm dinləyin və əməl edin: COVİD19 deyildiyi kimi qədər də qorxulu infeksiya deyildir. Bu gün onun dünyada ölüm faizi 2,4%-dən yuxarı deyildir. Yəni hər 100 xəstədən 2-3 nəfər. Ölüm isə həyatın sonu deyil, yalnız yeni həyatın başlanğıcıdır. Bunu mən demirəm, bu həyatın ümumi yaşam qanunudur. Digər reallıq və həqiqətləri bilmək istəyənlərsə, sadəcə, növbəti paylaşıma qədər mütləq, şəxsi qiqiyena qaydalarına ciddi riayət etsin. Arzu olunmaz hal olsa da, bu günlər, yenidən salamlaşma və görüşmə zamanı tam gücü ilə dəbə düşən öpüşmə vərdişindən əl çəkilməsi, yaşamaq namınə, mütləq zərurətdir. İnanın, bununla Siz, özünüzü tam olmasa da 97% yoluxmadan qorumuş olarsız. Qalan 2-3% haqqında isə mən artıq yazmışam.
16. P.S. Yeqanə xahişim sual verməməyiniz, yazılanları diqqətlə oxumağınız və növbəti paylaşımı gözləmək və izləməyinizdir.

Musa Qəniyev, Tibb Universitetinin professoru
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 66

Xəbər lenti