“Qondarma rejimin rəhbərinə etimad göstərilməsi Moskva bəyannaməsinin ruhuna ziddir”
(18-11-2020, 12:30)






“O, Azərbaycan xalqına qarşı suç işləməkdə təqsirləndirilir. Ona görə də onun yenidən Xankəndinə qayıtması və özünü Qondarma Dağlıq Qarabağ respublikasının “prezidenti” kimi təqdim etməsi çox məqbul olmayan və bölgədəki sülh yaratma prosesinə ciddi əngəllər yarada biləcək bir faktdır”

Bunu  açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq Araik Arityunyana Baş prokurorluğumuz tərəfindən cinayət işi açıldığını bildirib:

“Azərbaycan tərəfi Arayik Arutyunyanın məsələsinə mövqeyini bildirməlidir, çünki ona bizim Baş prokurorluq tərəfindən cinayət işi qaldırılıb. Bu cinayət işinin istintaqı hazırda başa çatmaq üzrədir. O, Azərbaycan xalqına qarşı suç işləməkdə təqsirləndirilir. Ona görə də onun yenidən Xankəndinə qayıtması və özünü Qondarma Dağlıq Qarabağ respublikasının “prezidenti” kimi təqdim etməsi çox məqbul olmayan və bölgədəki sülh yaratma prosesinə ciddi əngəllər yarada biləcək bir faktdır. Xüsusilə Rusiya Sülhməramlılarının A.Arutyunyanla görüşüb onu rəsmi şəxs kimi qəbul etməsi də düşünürəm ki, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan dırnağarası rəhbərinə etimat göstərilməsi Moskva bəyannaməsinin ruhuna ziddir. Çünki heç bir statusdan söhbət gedə bilməz. Onu Rusiya sülhməramlılarının komandirinin qondarma rejimin rəhbəri kimi, yoxsa Azərbaycan vətəndaşı kimi qəbul etməsini müəyyənləşdirmək lazımdır. Yəqin ki, Azərbaycan Xarici İşlər Nazirliyi və prokurorluğu bu istiqamətdə lazım olan işləri aparacaq”. 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 71

Xəbər lenti