Son ana qədər döyüşüb şəhid olan Əyyub Bəşirov - Şəhadətin mübarək
(18-11-2020, 11:00)
Böyük Vətən müharibəsində ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qalib gəldi. Bu qələbə xalqımız üçün böyük qələbə idi. Amma bilirsiniz ki, vətən müharibəsində qələbə qan bahasına, şəhidlər hesabına əldə edilir.
Böyük Vətən müharibəsində Yevlax rayon Ərəş kəndində boya başa çatmış igid Bəşirov Əyyub Ramiz oğlu da şəhidlik zirvəsinə ucaldı. Çox sadə, güclü, igid oğlan idi. Onun vətənə olan sevgisi ətrafda hiss edilirdi. Bəlkə də onu şəhidlik zirvəsinə ucaldan elə həmin sevgi oldu. Döyüşdə qorxmaz şəkildə cəsarət nümayiş etdirən Əyyub son ana qədər döyüşüb şəhid olub. Şəhidliyin mübarək nur üzlü şəhidimiz.
Azərbaycan xalqı heç vaxt şəhidləri unutmur. Ona görə ki, şəhidlər ölmür! Xalq yaşadıqca onun şəhidi də onunla birgə yaşayır. Nəsillər dəyişdikcə sizin adınız əbədiləşəcək. Bizdən sonra gələn nəsillər siz şəhidlər haqqında gələcək nəsillərə milli ruh ilə məlumatlar verəcəklər. Əziz xalqım unutmayın ki, bizim varlığımızı qoruyan vətən uğrunda döyüşüb şəhidlik zirvəsinə ucalan şəhidlərdir.
Şəhidlik zirvəsindən uca zirvə yoxdur!
Şəhid Bəşirov Əyyubun valideynlərinə baş sağlığı verir onlara səbr arzu edirəm. Və Əyyubun valideynləri bilsinlər ki, onların övladları ölməyib, cismən aramızda olmasa da o əbədi həyata qovuşub. Əyyub şəhidlik zirvəsinə ucalan zaman öz adını, ailəsinin və doğulub boya-başa çatdığı kəndi əbədi olaraq Azərbaycan xalqının yaddaşına həkk etdi. Əyyub öz ailəsinə və kəndimizə əbədi həyat bəxş etdi. Bu həyat Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunacaq və gələcək nəsillər bu tarixi şərəf hissi ilə oxuyub bizim dövrümüzü əyani şəkildə gözləri önünə gətirəcəklər.
Eşq olsun Azərbaycan xalqına!
Eşq olsun Azərbaycan ordusuna!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ana səhifəyə qayıt
Oxunub: 324
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər